Nazirdən ŞOK AÇIQLAMA: "İlk hava limanı yadplanetlilər tərəfindən tikilib"

İraqın nəqliyyat naziri Kasım Fincan dünən verdiyi açıqlamalarla onu dinləyən jurnalistləri heyrətləndirib.

İraqın nəqliyyat naziri Kasım Fincan dünən verdiyi açıqlamalarla onu dinləyən jurnalistləri heyrətləndirib.

Publika.az bildirir ki, nazir tarixdəki ilk hava limanının yadplanetlilər tərəfindən tikildiyini deyib.

İraqlı nazirə görə, tarixdəki ilk hava limanı 7 min il əvvəl, Yaxın Şərqdə "antik yadplanetlilər" tərəfindən tikilib və planetlərarası missiyalar üçün istifadə edilib.

"Planet üzərindəki ilk hava limanı miladdan 5 min əvvəl Zi Kar (İraq) şəhərində tikilib. Buranın seçilməsi hava şərtlərinin uyğun olması ilə bağlı idi. Sümerliler bu torpaqlara yerləşəndə bunun fərqində idilər və xüsusilə digər planetlərə səyahətlər üçün seçdilər", - o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31