Azərbaycan işğalçını diz üstə çökdürmək üçün əlindən gələni edəcək

“Global Firepower portalının tərtib etdiyi reytinq cədvəlində ötən il Azərbaycan öz hərbi potensialına görə 63, Ermənistan isə 74-cü pillədə yer almışdı. Bu il bilindiyi kimi balans yaratmaq adı altında havadarları haylara yenə xeyli silah və sursat ötürdülər ki, nəticə dəyişsin, ortadakı fərq aradan qalxsın.

"Global Firepower portalının tərtib etdiyi reytinq cədvəlində ötən il Azərbaycan öz hərbi potensialına görə 63, Ermənistan isə 74-cü pillədə yer almışdı. Bu il bilindiyi kimi balans yaratmaq adı altında havadarları haylara yenə xeyli silah və sursat ötürdülər ki, nəticə dəyişsin, ortadakı fərq aradan qalxsın. Nəticələr həqiqətən də dəyişib. Həmin Global Firepowerin araşdırmalarına görə, indi Azərbaycan 60, Ermənistan isə 94-cü yerdədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, qeyd edib ki, burada aprel reallıqları az rol oynamayıb: "Ancaq Global Firepower reytinq cədvəlini 50 çeşidli göstəriciyə əsaslanaraq tərtib edir. Özü də burada ölkənin iqtisadi güçü, siyasi faktor nəzərə alınmır. Bir çox ölkələrin donanması olmadığından donanmanın hərbi potensialı da göz ardı edilir.Canlı qüvvə, peşəkralıq, təyyərə, tank, digər hərbi texnika, infrastruktur göstəriciləri və sair əsas götürülür. Beləliklə, Global Firepowerin araşdırmasından da görünür ki, Azərbaycan "balans" yaradanların niyyətini pozmaq, işğalçını diz üstə çökdürmək üçün əlindən gələni edir və edəcək! Əgər Hərbi Dəniz Donanmasının potensialı da bura əlavə edilsə, onda Azərbaycan Ordusu Ermənistanın ordusundan 34 yox, bəlkə də 50 pillə öndədir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31