Hillari Klinton erməni əsilli teleulduz haqda

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton məşhur teleulduz Kim Kardaşyanın soyğuna məruz qalmasını şərh edib.

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton məşhur teleulduz Kim Kardaşyanın soyğuna məruz qalmasını şərh edib.

Qafqazinfo bildirir ki, Klinton Kardaşyana görə narahatlıq keçirdiyini ifadə edib: "Mən ona görə narahat oldum. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb".

Eks-dövlət katibi həmçinin Kardaşyanın həyat yoldaşı Kanye Uestin Nyu-Yorkdakı konsertini yarıda qoymasından təəssüfləndiyini bildirib.

Xatırladaq ki, Parisdə olarkən otel nömrəsində soyğuna məruz qalan teleulduzun dəyəri milyonlarla ölçülən zinət əşyaları oğurlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31