Gündəm

Azərbaycanda İsrail vətəndaşına qarşı 65 min dollarlıq dələduzluq edilib

13 Oktyabr 2016 14:06

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. Bu barədə APA-ya zərərçəkən İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü məlumat verib.

"Türkiyənin Suriya ilə bağlı mövqeyinin dəyişməsində Rusiyaya ümid edirik"

13 Oktyabr 2016 14:05

Suriya hökuməti Rusiyanın Türkiyənin Suriya münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsinə təsir edə biləcəyinə ümid edir. APA-nın məlumatına görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya pravda” qəzetinə müsahibəsində deyib. O, bu mövzuda yeganə ümidlərinin Rusiya olduğunu bildirib.

Bakıda dini vəsaitlər satan mağazada əməliyyat keçirildi

13 Oktyabr 2016 14:03

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat keçirilib. Bu barədə report-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Tarixçilər 20 ildən sonra daş abidələrin Azərbaycan mədəni irsinə aid olduğunu müəyyən etdilər

13 Oktyabr 2016 14:02

Azərbaycanda çox tez unudulmuş və ictimaiyyətə məlum olmayan tarixi abidələrin də istifadə olunduğu animasiya çarxı hazırlanmışdır.  Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən bəhs edən bu çarxda işğal altındakı sözügedən bir sıra tarixi abidələr bərpa edilmişdir. Tarixçi Ramin Əlizadənin və şərqşünas Vüsal Hətəmovun böyük köməkliyi sayəsində daş abidələrin birinin mənası və mahiyyəti tədqiq edilmiş, Azərbaycan mədəni irsinə aidiyyatlığı sübut olunmuş və bu səbəbdən də çarxda istifadə edilmişdir. 

Reynaldo və Zenyov Totti ilə bir arada

13 Oktyabr 2016 13:56

Avropa Liqasında çıxış edən klubların qitə miqyaslı kuboklardakı ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az xəbər verir ki, UEFA qrup mərhələsində mübarizə aparan 48 klubun tarixində ən çox avrokubok qolu vuranların cədvəlini tərtib edib.

Xorvatiya prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

13 Oktyabr 2016 13:54

"Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycana rəsmi səfərə gələcək". Bunu Trend-ə diplomatik mənbə deyib. Səfər zamanı Xorvatiya prezidenti ölkə rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Səfər zamanı dövlət başçısını böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Bakıda iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq.

"Ermənistanın hərbi arsenalını artırması Qafqazda fəlakətə gətirib çıxara bilər"

13 Oktyabr 2016 13:47

"Rusiyanın Ermənistana satdığı silahların gələcəkdə regionda münaqişəni alovlandıracağı və Cənubi Qafqazı daha çox həssas regiona çevirəcəyi şübhəsizdir".

Rusiyada axtarışda olan Azərvaycanda saxlandı

13 Oktyabr 2016 13:45

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.

Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb

13 Oktyabr 2016 13:44

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Tələbələr üçün təlim keçiriləcək

13 Oktyabr 2016 13:41

Noyabrın 7-də ali məktəb tələbələri üçün “Biznes fəaliyyətində keyfiyyətin idarəedilməsi” mövzusunda təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, “Excelsior Hotel & Spa Baku”otelinin təşkilatçılığı ilə keçirilən təlimi “AtaHolding” Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri: Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov və “Excelsior Hotel & Spa Baku” otelinin nümayəndəsi Kamran Rzayev aparacaq. Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq. Təlimdə iştirak etmək arzusunda olan tələbələr [email protected] ünvanına müraciət edə bilər. İştirakçıların qeydiyyatı 28.10.2016-cı ilə qədərdir.

Gənclərin təhsilə marağı artırılır

13 Oktyabr 2016 13:40

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşkilati dəstəyi ilə “Təhsil millətin gələcəyidir” layihəsinə start verilib. “OLAYLAR” a daxil olan məlumata görə, layihə çərçivəsində gənclərin təhsilə maraqlarının artırılması, elmi, bədii qiraət və s. amillər ətrafında geniş müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin koordinatoru Şəfəq Əhmədova təhsilin önəmini və bu layihənin gənclərin kitaba, elmə və təhsilə olan marağının artırtmasına stimul verəcəyini qeyd edib və bildirib ki, bu kimi layihələrin mütəmadi keçirilməsi öz müsbət təsirlərini göstərir. Sonra isə “Təhsil millətin gələcəyidir” layihəsinin rəhbəri, YAP GB-nin fəalı Tural Bayramlı layihə haqqında ümumi məlumat verib. O, layihənin məqsədini və layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb. Tədbir maraqlı diskusiya və müzakirələr şəraitində başa çatdırılıb.

Prezidentin fərmanı...

13 Oktyabr 2016 13:38

 «Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi çox mühüm addımdır». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.

Təhsil sistemində islahatlara yüksək səviyyədə diqqət ayrılır

13 Oktyabr 2016 13:37

Günümüzdə təhsilə yatırılan kapital ən səmərəli kapital hesab olunur. Dövlət təhsilin səmərəliliyini onun iqtisadiyyatın səmərəliliyinə təsiri ilə müəyyənləşdirir. Bu təhsilin səmərəliliyini müəyyən edən ən başlıca meyardır. Təsadüfi deyil ki, Azərbaycan hökuməti də davamlı olaraq bu sahədə islahatların aparılması, təhsilin səiyyəsinin daha da yüksəldilməsi istiqamətində zəruri addımlar atır.

Ayaqqabı alarkən nəyə diqqət yetirmək lazımdır?

13 Oktyabr 2016 13:34

Ayaqqabı hər zaman insan geyiminin ayrılmaz elementi hesab olunub. Odur ki, ayaqqıbı daha çox dəb və estetik görünüşə görə seçilir. Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Lakin nəzərə alınmır ki, insan sağlamlığını qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir. Hazırda ölkənin ticarət mərkəzlərini yerli və xarici istehsal məhsuları bürüyüb.

Dövlət başçısının tapşırıqlarının icrasına start verildi

13 Oktyabr 2016 13:32

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.