Gündəm
"Rusiya və Türkiyə Qarabağla bağlı razılığa gəldilər"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib.
Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" kitabının təqdimatı keçirilib
Özbəkistanın Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi, söz ustadı Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" kitabının təqdimatı keçirilib. Özbək dilində "Maxzan ul-asror" adlanan kitab Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə "Kamalak" nəşriyyatında çap olunub.
Terrorizmi kimlər maliyyələşdirir?
Dünya ölkələrinin terrorizmə qarşı birgə mübarizə aparmaq “istəyi” heç də reallığı çevrilmir. Çünki beynəlxalq aləmdə terrorçuluğun yayılması bir çox dövlətlərin maraqlarına uyğun gəlir. Bu maraqlar kateqoriyasına siyasi, iqtisadi və ideoloji maraqları daxil etmək olar.
“Cinayət törədənlərin bir hissəsi yüksək vəzifələr tutur”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: daha konkret və geniş öhdəliyə doğru” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb. Mövzu ilə bağlı müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımından danışaraq deyib ki, bu qətnamə layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır: “Mənim və mənim kimi minlərlə azərbaycanlının ailə üzvləri, qohumları, bəzilərinin dostları torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı qətlə yetiriliblər.
Daxili bazarı öz məhsullarımızla təmin etməliyik
Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünya iqtisadiyyatında, əsas etibarilə də neft ixrac edən ölkələrin iqtisadiyyatında ciddi problemlərə gətirib çıxardı. Proqnozlaşdırılmadan, yaranmış mənfi tendensiya neft ixrac edən ölkələr üçün bir reallığı ortaya qoydu ki, heç də bütün dövrlərdə neftdə bel bağlamaq olmaz, iqtisadiyyatın digər sahələri, ümumiyyətlə qeyri-neft sektoru da inkişaf etdirilməlidir. Dünya bazarlarında neft qiymətlərində baş verən ucuzlaşma Azırbaycana da müəyyən mənada təsir göstərsə də, lakin bu təsirlər o qədər də riskli və təhlükəli xarakter daşımırdı.
Göyçayın millət vəkilindən şikayət var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə yerli icra orqanlarına öz işlərinə məsuliyyətlə yanaşmaq, vətəndaşların ərizə və şikayətlərini dinləyərək onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görmək barədə ciddi tapşırıqlar versə də, lakin hələ də yerlərdə dövlət başçısının tapşırıqlarına əməl etməyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşa problemlər yaradan məmurlar qalmaqdadır. Demək olar ki, ölkənin hər bir regionunda təəssüf də olsa bu cür neqativ hallara rast gəlmək mümkündür. Maraqlısı odur ki, həmin məmurlar nəinki vətəndaşın ərizə və şikayətlərini dinləyərək onun həlli istiqamətində addım atır, əksinə onun üzləşdiyi problemin həllinə başlıca maneə olur. Yaxud elə məmur özü birbaşa bu və ya digər problemin yaradıcısı olur.
Dövlət Neft Fondu hazırkı çətin makro-iqtsiadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları mətbuat vasitəsilə ictimaiyyətə açıqlayıb. Bu məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 2,6 milyard manat olub. Bununla yanaşı, bu il ərzində Fondun aktivləri 2,3 milyard dollara qədər artıb. Hazırda bu aktivlər 12 növ müxtəlif valyutalardan ibarət səbətdə saxlanılır.
Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də "Baku steel company" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib. AZƏRTAC bildirir ki, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.
Çovdarov "Xatirə"ni 6 il mühasirədə saxlayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.
Türkiyə-İsrail münasibətlərində ilk
İsrailin energetika naziri Yuval Steynits 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün İstanbula gəlib. Trend bildirir ki, bu, 6 ildən sonra İsraildən nazirlər səviyyəsində Türkiyəyə ilk rəsmi səfərdir. Y.Steynits tədbirdə çıxış edəcək, energetika və təbii resurslar naziri Berat Albayrakla görüşəcək.
Ermənistanın ən varlı insanlarından biri siyasətə qayıda bilər
Çiçəklənən Ermənistan Partiyasının qurucusu, Milli Olimpiya Komitəsinin sədri Qagik Sarukyan böyük siyasətə qayıda bilər. Trend bildirir ki, noyabrda partiyanın növbədənkənar qurultayı keçiriləcək. Qurultayda partiyanın Şura sədri vəzifəsi təsis ediləcək və bu vəzifənin Q.Sarukyanın tutması gözlənilir.
Əli İnsanovun apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.
Şimşək çaxacaq, yağış yağacaq
Bakı və Abşeron yarımadasında oktyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Azərbaycanın "əcnəbi kürəkənləri" daha çox hansı ölkədəndir?
"Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların tərkibində milliyyətcə azərbaycanlı olan, lakin Gürcüstan və Rusiya vətəndaşları ilə bağlanan nikahlar üstünlük təşkil edir".














