“Cinayət törədənlərin bir hissəsi yüksək vəzifələr tutur”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: daha konkret və geniş öhdəliyə doğru” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb. Mövzu ilə bağlı müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımından danışaraq deyib ki, bu qətnamə layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır: “Mənim və mənim kimi minlərlə azərbaycanlının ailə üzvləri, qohumları, bəzilərinin dostları torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı qətlə yetiriliblər.

 Qənirə Paşayeva AŞPA-da Xocalıdan danışdı
 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: daha konkret və geniş öhdəliyə doğru" adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb. Mövzu ilə bağlı müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımından danışaraq deyib ki, bu qətnamə layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır: "Mənim və mənim kimi minlərlə azərbaycanlının ailə üzvləri, qohumları, bəzilərinin dostları torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı qətlə yetiriliblər. Biz insanlıq əleyhinə cinayət və müharibə cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini ən çox dəstəkləyən ölkə və xalqlardan biriyik". Millət vəkili bildirib ki, AŞPA bir çox qərarlar qəbul edir, ancaq yenə də soyqırımların, insanlıq əleyhinə cinayətlərin və müharibələrin şahidi oluruq: "Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməməlidir, qəbul etdiyi qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir. Yalnız bununla bir çox cinayətlərin qarşısını zamanında almaq və ya bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini təmin etmək mümkün ola bilər. Əvvəlki müzakirələr zamanı yenə qeyd olundu ki, AŞPA prinsiplərinə görə təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğal altında saxlaya bilməz. Bunu edən ölkəyə qarşı ciddi tədbirlər görülməlidir. Halbuki, 20 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addım atılmır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox soydaşımızı qətlə yetirib, Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədib, on minlərlə insan bədən üzvlərini, sağlamlığını itirib. Hazırda bir milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və öz evinə dönə bilmir. Bu dəhşətləri törədən, BMT-nin və AŞPA-nın qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistana qarşı isə heç bir ciddi tədbir görülmür". Onun sözlərinə görə, Ermənistan bir gecədə Xocalıda əksəriyyəti qadın, uşaq, yaşlı olmaqla 613 nəfərə qarşı dəhşətli soyqırımı həyata keçirib, yüzlərlə azərbaycanlı əsir, girov götürülüb, işgəncəyə məruz qalıb, minlərlə insan sağlamlığını, ailə üzvlərini, evini itirib: "Bu gün Xocalılılar da daxil olmaqla bir milyondan çox azərbaycanlı sizi ədaləti müdafiə etməyə, insanlıq əleyhinə bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsinə dəstək olmağa çağırır. Bu soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Həmin cinayəti törədənlərin bir hissəsi Ermənistanda yüksək vəzifələr tutur, onların hamısı dövlət səviyyəsində müdafiə edilir. Xocalı sakini, erməni əsirliyində olmuş və yaşadığı dəhşətləri "Səkkiz gün erməni zindanında" adlı kitabında əks etdirən Dürdanə Ağayeva ilə söhbətim zamanı dedi: "Mən, eləcə də bütün xocalılılar sadəcə bir şey istəyirik: Ədalət! Xocalı soyqırımını, bizə qarşı bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsini və öz evimizə qayıtmağı istəyirik". Q. Paşayeva qeyd edib ki, görüşdüyü bütün Xocalılıların beynəlxalq təşkilatlardan istəyi sadəcə ədalətin müdafiəsidir. Əslində bu, torpaqları, evləri işğal altında olan milyonlarla insanın AŞPA-ya çağırışıdır: "Ədaləti ciddi müdafiə edin! Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir. Ədalətin bərpası bundan keçir. Ümid edirəm ki, bu gün qəbul olunacaq sənəd insanlıq əleyhinə cinayətlərə qarşı mübarizə imkanı yaradacaq və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyik". Assambleyanın plenar iclasında "İdman hamı üçün - bərabərlik, inteqrasiya və ictimai yaxınlaşma üçün körpü" adlı müzakirələrdə AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi idmanın ictimai həyatın bütün sahələrinə, o cümlədən etnik münasibətlərə, biznes fəaliyyətinə, sosial statusa, insanların sağlamlığına, həyat tərzinə və dəyərlərinə təsir göstərdiyini bildirib. Qeyd edib ki, idman gəncləri pis vərdişlərdən, eləcə də zorakılıqdan, radikalizmdən uzaq tutmağın ən təsirli üsuludur. İdman miqrantların cəmiyyətə adaptasiyasına da təsir etmək gücünə malikdir. Millət vəkili Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva isə bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda idman siyasəti uğurla həyata keçirilir: "Ölkəmizdə keçirilən bir sıra mötəbər idman yarışları - "Bakı-2015" birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında "FIFA U-17" dünya, kişilər arasında "UEFA U-17" Avropa çempionatları, Formula-1 Avropa Qran-prisi idman ruhunun yüksəlməsində mühüm rol oynayıb. Belə beynəlxalq idman yarışları gənclərin idmana axın etməsinə böyük təkan verməklə yanaşı, idmanın yaşından, cinsindən, millətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri üçün açıq olmasının göstəricisi, dövlət siyasətinin uğurlu nəticəsidir. Azərbaycanda insan kapitalının inkişafı iqtisadiyyat və mədəniyyətlə yanaşı, idmanın da tərəqqisindən asılıdır". S.Fətəliyeva qeyd edib ki, bu gün uşaqların kütləvi şəkildə rəqəmsal texnologiyalara bağlılığına idmanın inkişafı ən yaxşı alternativdir: "Uşaqların hər hansı bir video oyununu və ya terror aktını seyr etməsi əvəzinə idman yarışlarına baxmaları daha yaxşı olardı. Gənclərimizin kumirlərinin virtual qəhrəmanlar əvəzinə, idmançıların, çempionların olması daha faydalı olardı".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31