Gündəm

Gürcüstanda azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edilib

13 Oktyabr 2016 12:59

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir.    APA-nın xəbərinə görə, aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. Deputatlığa namizədlər Əhməd İmanquliyev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına gəliblər.

Qızını zəncirləyən ata ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR ORTAYA ÇIXDI - Video

13 Oktyabr 2016 12:57

İmişli rayonu Cavadxanlı kəndində atanın qızını zəncirləməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi apardığı araşdırmanın nəticəsini açıqlayıb. Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Qafqazşünaslıq İnstitutunda dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib

13 Oktyabr 2016 12:54

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan İnstitutun direktoru, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin böyük bir tarixi hadisə olduğunu vurğulayıb. Bu tarixin qeyd edilməsinə dair cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. M.Qasımlı keçən 25 il ərzində dövlətimizin qazandığı uğurlara toxunaraq, Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən söz açıb və cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətini izah edib.  Bildirib ki, Azərbaycan, hazırda öz inkişaf səviyyəsinə görə güclü dövlətdir, Cənubi Qafqaz iqtisadiyyatının 75%-i onun payına düşür.

İctimai yerlərdə dini təbliğ edənlər cinayət məsuliyyəti daşıyacaqlar

13 Oktyabr 2016 12:53

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər layihəsi müzakirə edilib. “Olaylar”xəbər verir ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində Azərbaycanda islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparıldığı halda 2000 manatdan 5000 manatadək cərimə yaxud bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması təklif edilib.

Şəhər bombalanacaq və 450 min insan...

13 Oktyabr 2016 12:52

Suriyanın şimalında İŞİD bəhanəsi ilə PKK-nın qolu olan PYD-ni yerləşdirən ABŞ eyni ssenarini İraqda Mosul şəhərində tətbiq etməyə hazırlaşır.

Xüsusi əməliyyat aparan orqan qaz, işıq, su və rabitə xidmətlərini məhdudlaşdıra biləcək

13 Oktyabr 2016 12:50

Azərbaycanda dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər. “Olaylar”xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər. Layihə MM-in plenar iclasına tövsiyə olunub.

Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi ərazi yenidən atəşə tutulub

13 Oktyabr 2016 12:43

Suiryanın paytaxtı Dəməşqdə Rusiya Federasiyası səfirliyinin yerləşdiyi ərazi yenidən minaatanlardan atəşə tutulub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Siyavuş Novruzov: “Qadağa qanunun qəbulundan sonra xaricdə dini təhsil alacaq şəxslərə şamil ediləcək”

13 Oktyabr 2016 12:42

“Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir”.

Azərbaycanda bu nömrəli maşınlar radara düşmür

13 Oktyabr 2016 12:40

Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşıdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur.

Zaqatalada sex yanıb

13 Oktyabr 2016 12:39

Zaqatala rayonu, Aşağı Tala kəndində ümumi sahəsi 28 m2 olan tütün fermentləmə sexində 2,5 ton tütün yanıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dəmir Yolunun Səngəçal istehsalat bazası istifadəyə verilib

13 Oktyabr 2016 12:37

“Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. “OLAYLAR”-ın xəbərinə görə, açılış mərasımində “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov iştirak edib. Məlumat verilib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılmış və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. Bundan başqa ərazidə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınmışdır. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür edib.

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb

13 Oktyabr 2016 12:36

2016-cı ilin sentyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9556 yeni abonent qeydiyyata alınib ki, bunun da 2974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6582-si isə regionların payına düşüb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584 ə çatıb. Onu da qeyd edək ki, 01 oktyabr 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Erməni deputatın həyasızlığı AŞPA-da təəssüblə qarşılanıb 

13 Oktyabr 2016 12:34

Avropa Şurasının Parlament Assambleyasının iclasında çıxış edən Ermənistan nümayəndə heyəti növbəti dəfə qeyri-adekvat və obyektivlikdən uzaq mövqe sərgiləyiblər. Ermənistan nümayəndə heyətinin qadın üzvü Naira Zoqrabyan çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlarla çıxış edib. Aprel hadisələrindən danışan deputat Azərbaycanın cəzalandırılmasını tələb edib. Bundan başqa, o, Roma statununu Azərbaycan tərəfindən ratifikasiya olunmamasını da vurğulayıb. Erməni deputatın yüksək tonda çıxışı avropalı parlamentarilər tərəfindən təəccüblə qarşılanıb.

Atəşkəsin pozulması halları artır

13 Oktyabr 2016 12:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.