Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb

2016-cı ilin sentyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9556 yeni abonent qeydiyyata alınib ki, bunun da 2974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6582-si isə regionların payına düşüb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584 ə çatıb. Onu da qeyd edək ki, 01 oktyabr 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

2016-cı ilin sentyabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 9556 yeni abonent qeydiyyata alınib ki, bunun da 2974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6582-si isə regionların payına düşüb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584 ə çatıb. Onu da qeyd edək ki, 01 oktyabr 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31