Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31