Gündəm
Borclu vergi ödəyiciləri üzrə risk qrupları müəyyən ediləcək
Vergilər Nazirliyinin Kollegiyası “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”nı təsdiq edib.
Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ kimi “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.
Cahangir Hacıyevin məhkəməsinin vaxtı məlum olub
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə hökmünün elan ediləcəyi tarix məlum olub.
Nodulyar dermatit virusunun mənbəyinin Azərbaycan-Dağıstan sərhədi olmasına dair məlumatlar əsassızdır
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Dağıstanın respublikasında iribuynuzlu heyvanlar arasında qeydə alınan nodulyar dermatit virus xəstəliyinin Azərbaycandan keçməsi ilə bağlı iddialara münasibət bildirib.
Qazaxıstanda Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi ilə bağlı “Bazar günü” məktəbi açılıb
Məlumat üçün bildiririk ki, cari ilin oktyabr ayında Qazaxıstan Respublikasının Atırau şəhərində yaşayan azərbaycanlı uşaqlar və yeniyetmələr üçün Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi ilə bağlı “Bazar günü” məktəbi açılmışdır.
Hepatit B və C virusuna yoluxmuş 5700 xəstə qeydiyyatdadır
“Səhiyyə Nazirliyində yaradılan hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyada hazırda 5700 xəstə qeydiyyatdadır. Onlar dövlət tərəfindən lazımı dərman preparatları ilə təmin olunur, müayinə və müalicə edilir. Bu vaxta kimi 5198 xəstəyə pulsuz dərmanlar verilib”. APA-nın xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin II yoluxucu xəstəliklər şöbəsinin müdiri Ziyafət Tağıyeva deyib.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin otuzuncu cildi çapdan çıxıb
"Biz müstəqillik baxımından gənc ölkəyik, lakin tariximiz və mədəniyyətimiz çox zəngindir. Əlbəttə ki, ölkəmizin bugünkü sürətli inkişafı, siyasi islahatlar, beynəlxalq birliyə inteqrasiya vacibdir. ... Hazırda iqtisadi göstəricilərimiz çox ümidvericidir. İqtisadi artım ən yüksək səviyyədədir.
Sensasiyalı qərar: bütün Samsung Galaxy Note 7-lər MƏHV EDİLƏCƏK
Cənubi Koreyanın Samsung korporasiyası Samsung Galaxy Note 7 smartfonlarını bərpa, təmir və ya təkrar emal etmək niyyətində deyil. Milli.Az Motherboard-a istinadən bildirir ki, bu modeldən olan bütün smartfonlar məhv ediləcək.
Türkiyə amerikalı jurnalisti azadlığa buraxdı
Türkiyə hakimiyyəti amerikalı jurnalist Lindsi Snelli azad edib. Axar.azbildirir ki, Lindsi Suriyada ikən Nüsrə Cəbhəsinin terrorçuları tərəfindən 2 ay həbsdə saxlanılıb. O, qruplaşmanın əsirliyindən qaçarkən məcburən Türkiyə sərhədini keçib. Sərhədi keçməsi ilə qanun pozuntusuna yol verdiyinə görə Türkiyə polisi jurnalisti həbs edib. "Qardian" nəşrinə danışan Snell hazırda öz həyat yoldaşından narahat olduğunu qeyd edib. O, Snell həbs olunduğuna görə Türkiyəyə gəlib, lakin türk polisi onu "hərbi çevrilişə cəhd etdiyinə görə" həbs edib.
Ailə cinayətlərində təkcə kişilər günahkar deyil
Ailədaxili cinayətlərin budəfəki qurbanı gənc ana olub. Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb.
Pakistanın baş naziri Azərbaycana gəlib
Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
“Dağıdıcı müxalifət erməni lobbisi tərəfindən idarə olunur”- AÇIQLAMA
“Özlərini “ana” müxalifət adlandırıb, müxalifət düşərgəsini inhisara almağa çalışan Ə.Kərimlinin və A.Hacılının dəstəsi istənilən konstruktiv müzakirələrin əleyhinədirlər. Çünki, xarici ağaları belə istəyirlər”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov bildirib. Onun sözlərinə görə, AXCP və Müsavat məkrli qüvvələrin əlaltısı olduğundan onlara şans vermək belə düzgün deyil: “Dağıdıcı müxalifət partiyaları öz düşüncələrini, istəklərini həyata keçirmək iqtidarında deyillər. Çünki partiya funksinerləri xaricdən idarə olunurlar. Demək olar ki, dağıdıcı müxalifət erməni lobbisi tərəfindən açıq və ya gizli şəkildə idarə olunur. Amma həmin qüvvələrin nə istəməsindən asılı olmayaraq, onlar ölkəmizdə hər hansı bir xoşagəlməz halların törədilməsinə nail olmayacaqlar. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir. Bir sözlə, hər zaman olduğu kimi, bu dəfə də dağıdıcı müxaliflərin məkirli niyyətləri daş olaraq ürəklərində qalacaq”.
Qabil Hüseynli: “Rusiya hərbi silahlanmanı artırır"- AÇIQLAMA
“Ermənistanda Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin keçiriləcək iclasında rəsmi İrəvan üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək. Yəni burada Kollektiv Təhlükəsizlik Şurasının baş katibi məsələsi gündəmdədir. Çox güman ki, ora Ermənistan tərəfinin nümayəndəsinin seçilməsi gözlənilir. Bununla belə şuranın səmtləri getdikcə daha da ciddiləşir”. Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Aydın Quliyev: “Proses 6 aya qədər davam edəcək”- AÇIQLAMA
“Ümumiyyətlə Azərbaycanda keçirilən referendumun nəticələrinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq təsdiqlənməsi, referendumda həyata keçirilmiş Konstitusiyaya dəyişikliklərin həyata keçirilməsinin icrasının başlanğıcı kimi sayıla bilər”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Deputat: “Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq”- AÇIQLAMA
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və ölkəmizin ərazi bütölüyünü bütün dünya qəbul edib. Torpaqlarımızın qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Təkcə bu il ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi b














