Gündəm
Rusiyanın "Qarabağ şərtləri" AÇIQLANDI?
ABŞ-da beynəlxalq münasibətləri araşdıran ən nüfuzlu strukturlardan sayılan "Foreign Affairs" Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktor müavini Ceffri Mankoffun məqaləsini dərc edib.
Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə müzakiri edilib
Ağcabədi rayon Mərkəzi Xəstəxanasında Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi şöbəsinin rəisi Natiq Zamanov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov, rayon səhiyyə və tibb işçilərinin 300-dən artıq nümayəndəsi iştirak edib. Seminarı giriş sözü ilə açan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
AzTU-da monitorinq keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin əlaqələndiriciliyi ilə yerinə yetirilən, Avropa Birliyinin “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” (544191-TEMPUS-1-2013-IPT-TEMPUS) layihəsi üzrə monitorinq keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, layihədə iştirak edən tərəfdaşlarla birgə keçirilən monitorinqi Milli Erasmus+ bürosunun sədri Pərviz Bağırov təşkil edib. Layihənin regional texniki direktoru, AzTU-nun professoru, Əməkdar Elm Xadimi Həsən Hüseynov görülən işlərin nəticələrini qeyd edərək bildirib ki, layihə çərçivəsində 30 xarici ölkənin ali məktəbləri, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub, müvafiq əməkdaşlıq müqavilələri imzalanıb. Çıxışlarda qeyd olunub ki, layihə çərçivəsində turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara uyğun turizm xidmət sahələri dairəsinin genişləndirilməsi və bu sahədə rəqabətin artırılması istiqamətində keçirilən tədbirlər uğurla başa çatıb.
Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu yüksək qiymətləndirib
Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, düşmən mövqelərini müşahidə edən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib. Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və Ali Baş Komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır.
Krala dua etmək üçün 100-lərlə insan xəstəxanaya toplaşdı
Banqokda Sirirat xəstəxanası qarşısına yüzlərlə insan toplaşıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tailand əhalisi səhhətində problem yaranan 88 yaşlı kral Pxumipon Adulyadetanın sağalması üçün xəstəxana qarşısında dua edir.
Türkiyə lirəsi tarixi minimuma qədər ucuzlaşdı
Türkiyədə ABŞ dollarının məzənnəsi 3,10 TRY/USD həddini də keçərək yeni tarixi rekord müəyyənləşdirib.
Çovdarov dedi...
“Sən hələ Eldar Mahmudovu yaxşı tanımırsan...” Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun barəsində aparılmı istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.
Türkiyədə daha 109 hərbi hakim vəzifəsindən kənarlaşdırıldı
Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə daha 109 hərbi hakim vəzifəsindən çıxarılıb.
Türkiyədən verilən müjdə
Bu günlər Azərbaycan cəmiyyətinin diqqəti Türkiyədən verilən açıqlamaya yönəldi. Belə ki, qardaş ölkənin xarici işlər naziri Mplud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirdi. Türkiyəli nazir beş rayonun hansı şərtlərlə qaytarılmasını qeyd etməsə də, hər halda Azərbaycanın maraqlarına ziddi olacaq bir addımın Türkiyənin rəsmi şəxsləri tərəfindən dilə gətirilməsi də həqiqət kimi görünmür. Xüsusilə, belə bir açıqlamanın İstanbulda keçirilən enerji konqresində baş tutan Putin-İlham Əliyev-Ərdoğan görüşündən sonra gündəmə gəlməsi müəyyən ümidlər yaradır. Bəs görəsən, doğurdan da Ermənistan 5 rayonun geri qaytarılmasına razıdırmı və bunun qarşılığında Azərbaycan hansı güzəştli addımı atmalıdır?
Hərbi anda sadiq qalan əsgərlərimiz
Azərbaycan ordusunun döyüş taktikasının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Xüsusən, bu işlərə ölkənin müdafiə nazirinin şəxsən rəhbərlik etməsi əsgər və zabitlər arasında döyüş ruhunu artırmış olur. Bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Azərbaycan Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
"Bu qadağaların onlara dəxli yoxdur"
Kimsə dini ritual yerinə yetirirsə, evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur. Azvision.az bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Komitə sədri bildirib ki, dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır: "Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir".
İki əcnəbi qadın 200-dən çox türk kişisini QİÇS-ə yoluxdurdu
Türkiyənin Aydın şəhərində baş vermiş olay şəhərdə böyük təşviş yaradıb.
Rusiya Ukrayna ilə müqaviləni ləğv etdi
Rusiya Ukrayna ilə neft boru kəmərlərinin işlədilməsinə dair müqaviləni ləğv edib. AZƏRTAC bildirir ki, hökumətin qərarına görə, Rusiya Ukrayna ilə təxminən 21 ildir davam edən neft boru kəmərlərinin işlədilməsinə dair əməkdaşlıq müqaviləsini ləğv edib.
Cavid Qurbanov: "Daxili bazarda istehsal olunan hissələr ya keyfiyyətsiz olur, ya da baha"
"Təəssüflər olsun ki, Azərbaycanda heç bir dəmir yolu hissəsi istehsal olunmur". "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.














