AzTU-da monitorinq keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin əlaqələndiriciliyi ilə yerinə yetirilən, Avropa Birliyinin “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” (544191-TEMPUS-1-2013-IPT-TEMPUS) layihəsi üzrə monitorinq keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, layihədə iştirak edən tərəfdaşlarla birgə keçirilən monitorinqi Milli Erasmus+ bürosunun sədri Pərviz Bağırov təşkil edib. Layihənin regional texniki direktoru, AzTU-nun professoru, Əməkdar Elm Xadimi Həsən Hüseynov görülən işlərin nəticələrini qeyd edərək bildirib ki, layihə çərçivəsində 30 xarici ölkənin ali məktəbləri, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub, müvafiq əməkdaşlıq müqavilələri imzalanıb. Çıxışlarda qeyd olunub ki, layihə çərçivəsində turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara uyğun turizm xidmət sahələri dairəsinin genişləndirilməsi və bu sahədə rəqabətin artırılması istiqamətində keçirilən tədbirlər uğurla başa çatıb.

Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin əlaqələndiriciliyi ilə yerinə yetirilən, Avropa Birliyinin "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı" (544191-TEMPUS-1-2013-IPT-TEMPUS) layihəsi üzrə monitorinq keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, layihədə iştirak edən tərəfdaşlarla birgə keçirilən monitorinqi Milli Erasmus+ bürosunun sədri Pərviz Bağırov təşkil edib. Layihənin regional texniki direktoru, AzTU-nun professoru, Əməkdar Elm Xadimi Həsən Hüseynov görülən işlərin nəticələrini qeyd edərək bildirib ki, layihə çərçivəsində 30 xarici ölkənin ali məktəbləri, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub, müvafiq əməkdaşlıq müqavilələri imzalanıb. Çıxışlarda qeyd olunub ki, layihə çərçivəsində turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara uyğun turizm xidmət sahələri dairəsinin genişləndirilməsi və bu sahədə rəqabətin artırılması istiqamətində keçirilən tədbirlər uğurla başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31