Türkiyədən verilən müjdə

Bu günlər Azərbaycan cəmiyyətinin diqqəti Türkiyədən verilən açıqlamaya yönəldi. Belə ki, qardaş ölkənin xarici işlər naziri Mplud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirdi. Türkiyəli nazir beş rayonun hansı şərtlərlə qaytarılmasını qeyd etməsə də, hər halda Azərbaycanın maraqlarına ziddi olacaq bir addımın Türkiyənin rəsmi şəxsləri tərəfindən dilə gətirilməsi də həqiqət kimi görünmür. Xüsusilə, belə bir açıqlamanın İstanbulda keçirilən enerji konqresində baş tutan Putin-İlham Əliyev-Ərdoğan görüşündən sonra gündəmə gəlməsi müəyyən ümidlər yaradır. Bəs görəsən, doğurdan da Ermənistan 5 rayonun geri qaytarılmasına razıdırmı və bunun qarşılığında Azərbaycan hansı güzəştli addımı atmalıdır?

Prezidentlərin İstanbul görüşü Qarabağa sülh gətirəcəkmi?

Bu günlər Azərbaycan cəmiyyətinin diqqəti Türkiyədən verilən açıqlamaya yönəldi. Belə ki, qardaş ölkənin xarici işlər naziri Mplud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirdi. Türkiyəli nazir beş rayonun hansı şərtlərlə qaytarılmasını qeyd etməsə də, hər halda Azərbaycanın maraqlarına ziddi olacaq bir addımın Türkiyənin rəsmi şəxsləri tərəfindən dilə gətirilməsi də həqiqət kimi görünmür. Xüsusilə, belə bir açıqlamanın İstanbulda keçirilən enerji konqresində baş tutan Putin-İlham Əliyev-Ərdoğan görüşündən sonra gündəmə gəlməsi müəyyən ümidlər yaradır. Bəs görəsən, doğurdan da Ermənistan 5 rayonun geri qaytarılmasına razıdırmı və bunun qarşılığında Azərbaycan hansı güzəştli addımı atmalıdır?

Məsələ ilə bağlı açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki,Rusiyanın və Minsk qrupunun illərlə bizə təqdim etdiyi 5 rayonun şərtləri, Laçını və Kəlbəcərdən əl çəkmək, Qarabağda referenduma razılıq verməkdi: "Əsas şərtlər budur. İllərlə davam edən danışıqların uzanması, Azərbaycana qarşı bu ədalətsiz şərtlərdi. Beş rayon qaytarılılırsa, bəs niyə indiyə kimi qaytarılmayıb? Rusiyanın irəli sürdüyü Kazan formulunda da bu şərtlər qeyd edilib. Ona görə də Azərbaycan haqlı olaraq, bu şərtləri qəbul etmir. Çavuşoğlu qeyd edir ki,Azərbaycan hansı şərtlərlə razılaşsa, bizdə razıyıq. Görünür, beş rayonunun əvəzinə aralıq status deyil, referendum ortaya salınıb. Çavuşoğluda bunu qeyd etmir və Azərbaycanın qərarına bağlayır". Politoloqun sözlərinə görə, Azərbaycana beş rayon qaytarılır, Qarabağa danışıqlar prosesində aralıq status verilir və Kəlbəcərlə Laçın danışıqlar predmeti olacaqsa, Azərbaycan buna çoxdan razılıq verərdi: "Amma, bu şərtlər demək olar ki, yoxdur . Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da danışıqlar da təzyiqlərin olmasını qeyd etməsi, məhz Azərbaycanın Qarabağda ermənilərə referendumun keçirilməsini razılıq verməsi kimi dəyərləndirilir . Azərbaycanlılarsız Qarabağda referendum müstəqillik deməkdir. Hazırda, bütün danışıqlar və təzyiqlər bununla bağlıdır". Məhəmməd Əsədullazadə onu da deyib ki, hazırda, Dağlıq Qarabağ münaqişəsində danışıqlar tükənib: "Yeganə yol, Ermənistana hərbi təzyiqlər göstərməkdir. Bunun alternativi yoxdur. Beynəlxalq güclər də ətraf rayonların əvəzinə Qarabağdan əl çəkməyimizi istəyirlər. ATƏT-in Minsk qrupunun bütün cəhdləri, Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməkdi. Artıq, Azərbaycan ordusu hazırlıq vəziyyətindədir. Növbəti əməliyyatlar üzümüzə gələn aylarda

başlaya bilər.Proseslər mürəkkəb olaraq qalmaqdadır. Ümid edirəm ki, ordumuzun işğaldan azad etdiyi ərazilərin sayı yaxın vaxtlarda artacaq".

Müstəqil ekspert Rövşən Məmmədli 5 rayonun qarşılığında Azərbaycanın erməni maraqlarına xidmət edəcək hansısa addım atacağına inanmayaraq deyir ki, cənab Prezident hamının təxmin etdiyi bir həqiqəti ötən günlərdə ictimaiyyətə açıqladı ki, Qarabağın müstəqilliyinin tanınması ilə əlaqədar bağlı qapılar arxasında ona güclü təzyiqlər edilir". Təbii bizim hamımız da bir əminlik hissi var ki, Prezidentimiz heç zaman buna razılıq verməz. Ancaq bu ermənipərəst dövlətlərin məsələni bu şəkildə qoymaları çox düşündürücü və təəccüblüdür". Ekspert bildirib ki, Azərbaycanın Konstitusiyası var və məsələnin hüquqi həlli orada öz əksini birmənalı tapıb: "Azərbaycan xalqının iradəsindən kənar Azərbaycanın torpaqlarının bir qarışı da kimsəyə güzəştə gedilə bilməz. Bəs nədən bu həqiqəti Amerika, Rusya ermənipərəstləri görmək istəmir. Bunun bir sıra səbəbləri ilə yanaşı hesab edirəm ən mühüm səbəblərindən biri bu gün Azərbaycan xalqının Qarabağ məsələsini bir qədər unutması kimi görünməsidir. Bu gün xalqımız öz milli maraqlarından xeyli uzaqlaşmış və şəxsi maraqları qayğısına qalan bir xalq təsiri bağışlayır. Bu da düşmən tərəfdə və ona dəstək verən qüvvələrdə belə rəy yaradır ki, Azərbaycan xalqı daha Qarabağı unudub, yeni yaranan nəsil isə Qarabağın davasını daha aparmayacaq və s. Bu düşüncəni əsas tutan həmin qüvvələr də hesab edirlər ki, elə Prezidentimizə güclü təzyiqlər etməklə bu məsələni həll edə bilirlər. Ancaq düşmən yanılır. Azərbaycan xalqı və onun Prezidenti heç zaman öz cənnət torpağı olan Qarabağı unutmayıb və bu torpaqların ermənilərə güzəştə gedilməsi heç ağıla da gəlmir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31