Gündəm
İcmalçı: “Dövlət başçısının fikiri Ermənistana diplomatik ismarıcdır”
“Prezident İlham Əliyevin “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək” fikri əmələ və konkret işə söykənir”. Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Əsəd Putin və Ərdoğana mesaj göndərdi
Suriyanın tək ümidi Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasıdır. Azvision.az bildirir ki, bunu Suriya prezidenti Bəşər Əsəd "Komsomolskaya pravda" qəzetinə müsahibəsində deyib.
Sərkisyan İrəvanda Putinə yalvaracaq
Rusiya prezidenti Vladimir Putinin Ermənistana 14 oktyabrda səfəri zamanı əsas müzakirə mövzularından biri də ölkəyə satılan qazın tarifinin azaldılması olacaq. Axar.az bildirir ki, bununla əlaqədar yaxın zamanlarda "Qazprom" rəhbəriAleksey Millerin də İrəvana gələcəyi gözlənilir.
“Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib
Oktyabrın 11-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə Tədbirlər Planına uyğun olaraq, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib.
AHİK-in nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edir
Türkiyənin İstanbul şəhərində “Məmur-Sen” Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial, İqtisadi və Sosial Araşdırmalar və İslam ölkələri üzrə Təlim Mərkəzinin ( SERSİC) “İslam dünyasında həmkarlar ittifaqları” mövzusunda birgə təşkil etdiyi beynəlxalq simpozium öz işinə başlayıb. Tədbir İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin həmkarlar ittifaqları arasında interaktiv forum mahiyyəti daşıyır. Oktyabrın 17-dək davam edəcək simpoziumun əsas məqsədi İslam ölkələrində həmkarlar ittifaqına dair təcrübə və biliklərin bölüşülməsi və gələcəkdə iştirakçılar arasında davamlı əməkdaşlıq və birgə layihələr yaratmaqla ümumi problemləri həll edəcək yolların müzakirəsidir.
“Azərbaycanda multikulturalizm dövlət siyasətidir”
Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycanda multikulturalizm dövlət siyasətidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Evdən qızıl-zinət aparanlar yaxalanıb
Lənkaranda oğurluq gaktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də rayon sakini Günel Rzazadənin evindən 600 manat dəyərində qızıl sırğa və məişət əşyası oğurlamaqda şübhəli bilinən həmyerliləri Mikayıl Məmmədov və Abad Əzimov tutulublar. Araşdırma aparılır.
Tərtər sakini silah satarkən tutulub
Bərdə rayonunda silah satan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Şikar Məmmədov Bərdə rayonunun ərazisində “AK” markalı silahı, 2 ədəd patron darağını və 42 ədəd patronu satarkən tutulub. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədova həmin silah və döyüş sursatını satmış Laçın rayon sakini Tacir İsgəndərov da tutulub.
Cəlilabadın daha bir kəndinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikamızda qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Cəlilabad rayonunun Hamarqışlaq kəndinə təbii qazın verilişi bərpa edilib.
Piyadanı vurub qaçan sürücü tutulub
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Hacıqabul rayon sakini Mikayıl İbrahimovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü – həmyerlisi Şakir Cəfərli tutulub.
Sumqayıtda maşın qaçıran Xırdalanda saxlanıb
Oktyabrın 12-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Nuğan Zeynalova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov həmin gün Xırdalan şəhəri ərazisində avtomobili idarə edərkən Abşeron RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Mağazanı qarət edən ələ keçib
Oktyabrın 12-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Emil İsgəndərova məxsus mağazaya gəlmiş 2 naməlum şəxs oradakı siyirtmədən 140 manat pulu soyğunçuluq yolu ilə aparıblar. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Kamran Gözəlzadə tutulub, digər 1 nəfər isə müəyyən edilib.
Bakıda qaniçən sektaya mənsub qadın 5 yaşlı oğlunu necə öldürdü…
Bu gün paytaxtda dini təriqət üzvü olan qadının ötən gün 5 yaşlı oğlunu boğaraq qətlə yetirməsi xəbəri ölkə mətbuatınıda ildırım sürəti ilə yayıldı. Daha sonra mətbuatda hadisəni törətmiş şəxsin “Yahova şahidləri”sektasının üzvü olduğu, sosial şəbəklərdə isə onun satanistlərə xidmət etdiyi barədə iddialar irəli sürüldü. Xəbərlərdə deyilirdi ki, Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 14 ünvanında yaşayan 33 yaşlı Nazilə Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə uşaq boğularaq ölüb.
Millət vəkili: “Ölkəmizə edilən təzyiqlərin qarşısında xalq dayanır”
“Dağlıq Qarabağ problemi bizim üçün həm siyasi, həm iqtisadi, həm də mədəni-mənəvi məsələ olduğu üçün Ölkə başçısı vaxtaşırı olaraq münaqişəyə toxunaraq ən yeni münasibətləri cəmiyyətlə bölüşür. Ötən həftə Nazirlər Kabinetinin iclasında nitq söyləyən Prezident İlham Əliyev bu ənənəni davam etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Yollardakı səs-küy xəstəliklərə səbəb olur
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin yaratdığı səs-küy normadan artıq olduğundan insan sağlamlığına mənfi təsir göstərir. Report bildirir ki, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsi Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda (M-1) nəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsiri üzərində apardığı ikillik araşdırmasının yekununda belə qənatə gəlib.














