Cəlilabadın daha bir kəndinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikamızda qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Cəlilabad rayonunun Hamarqışlaq kəndinə təbii qazın verilişi bərpa edilib.
13 Oktyabr 2016 17:17 SosialSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublikamızda qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Cəlilabad rayonunun Hamarqışlaq kəndinə təbii qazın verilişi bərpa edilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13843 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.. O da vurğulanıb ki, hazırda rayonun daha 3 kəndində - Gülməmmədli, Xəlilabad və Kövüzbulaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.