“Azərbaycanda multikulturalizm dövlət siyasətidir”
Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycanda multikulturalizm dövlət siyasətidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
13 Oktyabr 2016 17:25 SosialQaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə "Azərbaycanda multikulturalizm dövlət siyasətidir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan tərəfindən işğal olunaraq, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yarandığını qeyd etdi. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi Müstəqilliyimiz böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğunu fikirlərini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firavan günlərin təməlinin qoyulduğu söylədi.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov xalqımızın tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdilər.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq qonaqlara təşəkkürünü bildirmişdir