Qazaxıstanda Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi ilə bağlı “Bazar günü” məktəbi açılıb

Məlumat üçün bildiririk ki, cari ilin oktyabr ayında Qazaxıstan Respublikasının Atırau şəhərində yaşayan azərbaycanlı uşaqlar və yeniyetmələr üçün Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi ilə bağlı “Bazar günü” məktəbi açılmışdır.

Məlumat üçün bildiririk ki, cari ilin oktyabr ayında Qazaxıstan Respublikasının Atırau şəhərində yaşayan azərbaycanlı uşaqlar və yeniyetmələr üçün Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi ilə bağlı "Bazar günü" məktəbi açılmışdır.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun və Atırau vilayətində yaşayan azərbaycanlıların "Novruz" milli mədəni mərkəzinin təşkilatçılığı ilə açılmış "Bazar günü" məktəbi üçün sinif otağı azərbaycanlı iş adamına məxsus və Atırau şəhərin mərkəzində yerləşən ofisində ayrılmışdır. Sinif otağı təmir olunmuş, yazı lövhəsi, parta və stullar alınmışdır. Sinif otağında həmçinin ölkəmiz haqqında film və videoçarxların nümayişi üçün kompyuter və proyektor quraşdırılmışdır. Baş konsulluq tərəfindən sinif otağı üçün Azərbaycanın klassik və müasir dövr yazıçı və şairlərinin, Azərbaycan və Qazaxıstanın dövlət başçılarının portretləri, Azərbaycanın xəritələri alınaraq asılmışdır.

"Bazar günü" məktəbinin rəsmi açılışı ilə bağlı keçirilmiş tədbirdə Baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan Respublikasının xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısından, Azərbaycan Respublikası Prezidentinin Dünya Azərbaycanlılarının IV qurultayında çıxışı zamanı xaricdə yaşayan azərbaycanlılarla bağlı qarşıya qoyduğu vəzifələrdən danışmış və xalqımızın milli-mənəvi dəyərlərinin unudulmamasının, Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin öyrənməsinin vacibliyini bildirmışdir. Daha sonra, Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən göndərilmiş əlifba və digər dərsliklər, oxu kitabları, əyani vəsaitlər azərbaycanlı uşaqlara təqdim edilmişdir.

Atırau vilayətində yaşayan azərbaycanlıların "Novruz" milli mədəni mərkəzinin sədri Eldar Əhmədov, iş adamı Bəhruz Məmmədov, diasporun fəal üzvlərindən Abbas İmanov və digərləri çıxış edərək, Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışmışlar və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda uşaqlar tərəfindən Azərbaycanla bağlı şeirlər söylənilmiş və Azərbaycan haqqında videoçarx nümayiş etdirilmişdir.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31