Tələbələr üçün təlim keçiriləcək

Noyabrın 7-də ali məktəb tələbələri üçün “Biznes fəaliyyətində keyfiyyətin idarəedilməsi” mövzusunda təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, “Excelsior Hotel & Spa Baku”otelinin təşkilatçılığı ilə keçirilən təlimi “AtaHolding” Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri: Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov və “Excelsior Hotel & Spa Baku” otelinin nümayəndəsi Kamran Rzayev aparacaq. Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq. Təlimdə iştirak etmək arzusunda olan tələbələr [email protected] ünvanına müraciət edə bilər. İştirakçıların qeydiyyatı 28.10.2016-cı ilə qədərdir.

Noyabrın 7-də ali məktəb tələbələri üçün "Biznes fəaliyyətində keyfiyyətin idarəedilməsi" mövzusunda təlim keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, "Excelsior Hotel & Spa Baku"otelinin təşkilatçılığı ilə keçirilən təlimi "AtaHolding" Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri: Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov və "Excelsior Hotel & Spa Baku" otelinin nümayəndəsi Kamran Rzayev aparacaq. Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq. Təlimdə iştirak etmək arzusunda olan tələbələr [email protected] ünvanına müraciət edə bilər. İştirakçıların qeydiyyatı 28.10.2016-cı ilə qədərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31