Bakıda dini vəsaitlər satan mağazada əməliyyat keçirildi

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat keçirilib. Bu barədə report-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat keçirilib.

Bu barədə report-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31