Gündəm

Bakıya yağış yağdı

17 Oktyabr 2016 13:52

Azərbaycana “qış fəsli” təbiət qaydalarının ziddinə olaraq vaxtından xeyli əvvəl gəlib. Əslində bunu elə fövqəladə bir hadisə kimi qəbul etmək də düzgün olmazdı. Hamıya bəllidir ki, son illərdə dünyanı qlobal istiləşmə və yaxud soyuq hava kütləsinin axını tez-tez narahat etməkdədir. Elə ölkəmizdə də hava şəraitinin mütəmadi olaraq dəyişməsi müşahidə olunur. Belə şəraitdə insanları narahat edən məqam ondan ibarətydir ki, Azərbaycan tez-tez dəyişən hava şəraitinə hazırdırmı? 

Fondun təşkilatçılığı ilə Naxçıvan şəhərində regional konfrans keçirilib

17 Oktyabr 2016 13:50

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.

Oğlan nişanlısı ilə görüşmək üçün çarşaba büründü - VİDEO 

17 Oktyabr 2016 13:44

Türkiyənin Adana şəhərində çarşab geyinərək nişanlısı ilə bir yerdə görünən şəxs terrorçu adı ilə tutulub. Bunu görən vətəndaşlar oğlanın terrorçu olduğunu sanaraq dərhal polis əməkdaşlarına xəbər veriblər.

"Bakıda avtomobilimi güllələdilər" - VİDEO

17 Oktyabr 2016 13:42

"Təhminə" rolu ilə tanınan aktrisa Meral Konrat ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib.

İlham Əliyev rəsmi qəbulda

17 Oktyabr 2016 13:38

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

12 ilin gəlininə qayınanasından öldürücü ZƏRBƏ

17 Oktyabr 2016 13:32

Türkiyədə qətl hadisəsi qeydə alınıb.

8 yaşlı qızını zorlayan ögey ataya hökm oxundu

17 Oktyabr 2016 13:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İŞİD-ə qarşı mübarizənin növbəti mərhələsi

17 Oktyabr 2016 13:26

Uzun müddətdir ki, gözlənilən prosesə nəhayət ki, start verilir. Belə ki, İŞİD terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirmək məqsədilə beynəlxalq koalisiya qüvvələrin İraqın ikinci böyük şəhəri olan Mosulda antiterror əməliyyatlarına başladığı bildirilir. İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatların uğurlu və ya uğursuz olacağına dair müxtəlif versiyalar səsləndirildiyi bir ərəfədə rəsmi Bağdad Türkiyənin beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqa girməsinə etiraz edir. Amma rəsmi Ankaranın isə İŞİD-ə qarşı hərbi əməliyyatlarda yaxından iştirak etməyə maraqlı göründüyü göz önündədir. Ümumilikdə isə, İraqda İŞİD-ə qarşı mübarizə aparıldığı bir ərəfədə hərbi əməliyyatlara ehtiyac olub-olmadığı, onun hansı nəticələrlə yekunlaşacağı barədə müxtəlif fikirlər səslənməkdədir.

Azərbaycan qarşıya qoyduğu hədəflərə çatacaq

17 Oktyabr 2016 13:25

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, , Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması zərurəti ilə bağlıdır.

Narkomaniya cəmiyyəti təhdid edən əsas problemlərdəndir

17 Oktyabr 2016 13:23

Bu gün gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır. Bu problem, təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual olaraq qalmaqdadır. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu problem ilə mübarizə aparmaq bir o qədər asan deyil. Mütəxəssislər haqlı olaraq onu xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil kimi dəyərləndirirlər. Eyni zamanda cinayətkar dəstələr narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etmək üçün müxtəlif yollara əl atırlar. Pul qazanmaq naminə onlar insanları, xüsusilə yeniyetmə və gəncləri “ağ ölüm”ə aparan bu pis vərdişə alışdırırlar. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar QİÇS və başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar.

Elçin Hüseynbəyli yazır... Atasının uşağı çaya atmaqlığı...

17 Oktyabr 2016 13:21

-Yerdə, peçin (sobanın) böyründə yatmışdım, gözümü açanda gördüm ki, lümbələmlüt bir uşaq peçin böyründə dayanıb, tir-tir əsir. Bu zaman anam deyinə-deyinə, əlində ədyal içəri girdi: Allah insafını kəssən, ay Həmid, qışın bu vədəsində də körpə uşağı suya atarlar.

Yunus Oğuzun "Atilla"sı

17 Oktyabr 2016 13:19

Müasir Azərbaycan yazarlarından olan Yunus Oğuz pyeslərində daha çox tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq salır. Onun belə əsərlərindən biri də “Attila” pyesidir. Pyes türklərdən və türklərin qəhrəmanı olan Attilanın fəaliyyətindən bəhs edir. Pyes Qədim Roma imperiyasının parçalanmasından sonra yeni yaranmış dövlətin- Romanın təsviri ilə başlayır. Əsərdə göstərilir ki, yeri yaranmış Roma dövləti təşviş içindədir. Bunun səbəbini yazar dövlətin şimal sərhədində nə isə baş verməsi ilə bağlayır.

Vətəndaşların korrupsiyaya qarşı mübarizədə rolu

17 Oktyabr 2016 13:16

Milli Məclisin son plenar iclasında "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilib. Bununla korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalarla bağlı məlumat vermə mexanizmini müəyyən edilib və belə məlumatları verən şəxslərin dövlət müdafiəsini təmin edilib. Maraqlıdır, bu əlavə və dəyişikliklər nədən ibarətdir və onun korrupsiya hallarının aradan qaldırılmasına nə kimi təsiri olacaq? 

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

17 Oktyabr 2016 13:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mosul uğrunda döyüş gedir

17 Oktyabr 2016 13:11

İraqın Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi məqsədilə bu gün səhər saatlarında geniş əməliyyat başlanıb.