Mosul uğrunda döyüş gedir
İraqın Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi məqsədilə bu gün səhər saatlarında geniş əməliyyat başlanıb.
17 Oktyabr 2016 13:11 Dünyaİraqın Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi məqsədilə bu gün səhər saatlarında geniş əməliyyat başlanıb.
Əməliyyata İraq ordusu, yerli sünni və şiələrin hərbi birləşmələri, kürdlərin "peşmərgə" birlikləri qatılıb. Əməliyyata ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiya dəstəyi verir.
Rusiyanın "Russia Today" telekanalı Facebook səhifəsində əməliyyatdan canlı yayımı gerçəkləşdirir.
Canlı yayım kürdlərin mövqelərindən aparılır və reportyor da, əsasən, kürdcə danışır, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin mövqelərindən çıxış edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31