Azərbaycan qarşıya qoyduğu hədəflərə çatacaq

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, , Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması zərurəti ilə bağlıdır.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması bu prosesi sürətləndirəcək

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, , Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması zərurəti ilə bağlıdır. Dövlət başçısı tərəfindən imzalanmış fərman yüksək qiymətləndirilərək vurğulanır ki, sözügedən sənədin imzalaması Azərbaycanın bu sahədə indiyədək həyata keçirdiyi siyasətə, Minilliyin İnkişaf Məqsədlərinə sadiqliyini bir daha təsdiqləyir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yeni qurumu ölkəmizdə indiki şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən iqtisadi, institusional və sosial islahatların tərkib hissəsi kimi səciyyələndirib: "Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə islahatlar ili elan olunub. Yaranan yeni iqtisadi şəraitdə başlanan islahatlar ilk növbədə qeyri-neft sektorunun üstün inkişafına nail olmaqla indiki mərhələdə də Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını təmin etməyə hesablanıb. Yaranan yeni şəraitdə ölkəmizin özünün sosial siyasətə sadiqlik nümayiş etdirməsini xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq". Millət vəkili vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və yeni yaradılan qurumun mahiyyətində də məhz insan amilinin önə çəkildiyini görmək mümkündür. Komitə sədri ikinci vacib məqam kimi, dövlət quruculuğunun, idarəetmənin təkmilləşdirilməsini və səmərəliliyinin yüksəldilməsini nəzərə çatdırmaq istərdiyini bildirib: "Yaradılan Şurada 2030-cu ilədək qarşıda duran hədəflər və onlara çatmaq yolları, müxtəlif qurumların birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Əsas istiqamətlərdən biri insanların məşğulluğu məsələsinin diqqətdə saxlanılmasıdır. Fəaliyyət istiqamətlərində ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, özəl bölmənin inkişafı, özünüməşğulluğun təmin olunması kimi məsələlər öz əksini tapacaq. Qeyd olunan sahələrdə uğurların əldə olunması isə sosial sferaya, məşğulluğun və əhalinin qazanc imkanlarının artırılması ilə ölkədə rifah halının yüksəlməsinə müsbət təsir göstərəcək".

Hakim Partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən ölkəmizi inkişaf etdirir: "Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində inkişaf bütün sahələri, o cümlədən sosial sahəni əhatə edir. 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədləri sammitində məhz əhalinin rifahının yüksəldilməsi, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması və digər mühüm məsələlərə dair

qərar qəbul olunub. Azərbaycan bu sammitdə qəbul olunmuş məsələlərin icrası yönündə ciddi addımlar atıb. Ö tən illər ərzində Azərbaycanda yoxsulluğun azaldılması, əhalinin rifahının yüksəklməsi istiqamətində ciddi addımlar atılıb". Onun sözlərinə görə, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra olunub. Görülən işlər ərzində ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə düşüb: "Ötən ilin 25-27 sentyabr tarixlərində keçirilən BMT-yə üzv dövlətlərin Dayanıqlı İnkişaf Sammitində "Dayanıqlı İnkişaf Məqsədləri" adlı sənəd qəbul olunub. Bu sənəd 2030-cu ilədək inkişaf məsələlərini nəzərə tutur və ölkəmiz də bu sənədə qoşulub. Bu sənəddə davamlı inkişaf üçün 17 məqsəd qəbul olunub və həmin məsələləri dövlətlər öhdəlik kimi götürüb. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı beynəlxalq hesabatlarda da Azərbaycan hökumətinin fəaliyyəti müsbət qiymətləndirilir. Ölkə Prezidentinin 6 oktyabrda imzaladığı "Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında" Fərmanı da bir daha göstərir ki, dövlətimiz beynəlxalq öhdəliklərə nəqədər böyük hörmət göstərir, hesabatlılığa önəm verir. Azərbaycan üçün prioritet olan istqamətlərə hökumət çox böyük əhəmiyyət verir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması həqiqətən tarixi hadisədir. Eyni zamanda bu fakt onu göstərir ki, Azərbaycan dövləti dayanıqlı inkişaf məqsədlərini reallaşdırmaq üçün güclü siyasi iradəyə və qətiyyətə sahibdir. Şübhəsiz ki, dövlətimiz qarşıya qoyulan məqsədlərə və hədəflərə çatacaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31