Oğlan nişanlısı ilə görüşmək üçün çarşaba büründü - VİDEO 

Türkiyənin Adana şəhərində çarşab geyinərək nişanlısı ilə bir yerdə görünən şəxs terrorçu adı ilə tutulub. Bunu görən vətəndaşlar oğlanın terrorçu olduğunu sanaraq dərhal polis əməkdaşlarına xəbər veriblər.

Terrorçu sandılar

Türkiyənin Adana şəhərində çarşab geyinərək nişanlısı ilə bir yerdə görünən şəxs terrorçu adı ilə tutulub.

Bunu görən vətəndaşlar oğlanın terrorçu olduğunu sanaraq dərhal polis əməkdaşlarına xəbər veriblər.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları gəncləri tutaraq bölməyə apararaq sorğu-sual ediblər.

Polisin araşdırması sonrası məlum olub ki, ailəsi evlilikdən öncə nişanlısıyla görüşməsinə icazə vermədiyi üçün oğlan çarşaba bürünərək görüşə gəlmək məcburiyyətində qalıb.

"Terrorçuluqda" təqsirləndirilən C.Ç. ad, soyadlı şəxs sağlamlıq müayinəsindən keçdikdən sonra yenidən polisə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31