Bakıya yağış yağdı

Azərbaycana “qış fəsli” təbiət qaydalarının ziddinə olaraq vaxtından xeyli əvvəl gəlib. Əslində bunu elə fövqəladə bir hadisə kimi qəbul etmək də düzgün olmazdı. Hamıya bəllidir ki, son illərdə dünyanı qlobal istiləşmə və yaxud soyuq hava kütləsinin axını tez-tez narahat etməkdədir. Elə ölkəmizdə də hava şəraitinin mütəmadi olaraq dəyişməsi müşahidə olunur. Belə şəraitdə insanları narahat edən məqam ondan ibarətydir ki, Azərbaycan tez-tez dəyişən hava şəraitinə hazırdırmı? 

Şəhər iflic oldu

Azərbaycana "qış fəsli" təbiət qaydalarının ziddinə olaraq vaxtından xeyli əvvəl gəlib. Əslində bunu elə fövqəladə bir hadisə kimi qəbul etmək də düzgün olmazdı. Hamıya bəllidir ki, son illərdə dünyanı qlobal istiləşmə və yaxud soyuq hava kütləsinin axını tez-tez narahat etməkdədir. Elə ölkəmizdə də hava şəraitinin mütəmadi olaraq dəyişməsi müşahidə olunur. Belə şəraitdə insanları narahat edən məqam ondan ibarətydir ki, Azərbaycan tez-tez dəyişən hava şəraitinə hazırdırmı? 
Payızın ilk günlərində bir neçə saat ərzində hökm sürən hava şəraiti deməyə əsas verir ki, paytaxt Bakı nəinki normadan artıq yağan yağışa, heç minimum soyuq hava şəraitinə hazır deyil. Təsəvvür edin ki, cəmi bir neçə saat ərzində yağan yağışdan sonra Bakı iflic vəziyyətə düşür. Daha dəqiq, nəqliyyatın hərəkəti tamamilə dayanır, elektrik enerjisi, su, qaz və istilik təshizatında uzunmüddətli problemlər yaranır. Yağışın miqdarı bir az artdıqda isə fərdi yaşayış evlərini su basır, küçə və prospektlər keçilməz məkana çevrilir. Cəmi on dəqiqəlik yağışdan sonra yaranmış fəsadları aradan qaldırmaq üçün cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın yollarında günlərlə çalışmalı olur. Yaranmış acınacaqlı vəziyyəti müşahidə etdikdə belə bir sual yaranır, ildə 2-3 dəfə təmir edilən yollar yağış yağan kimi niyə "keçilməz qalaya" çevrilir, yay boyu təmir adı ilə vətəndaşların hərəkətini məhdudlaşdıran "kanalizasiya əməliyyatı" niyə işlək vəziyyətdə olmur? Belə sualların sayını xeyli artırmaq olar. Lakin vətəndaşlar üçün narahatçılıq yaradan təkcə küçələrin keçilməz olması deyil, digər kommunal xidmət sahələrində də analoji vəziyyət yaranıb. Xüsusən, Bakıətrafı kənd və qəsəbələrdə vəziyyət daha acınacaqlıdır. Məlum olduğu kimi ətraf qəsəbə və kəndlərdə məktəblərin sayı az olduğundan ərazidə məskunlaşmış ailələrin uşaqları məktəbə qədər xeyli yol, saatlarla vaxt sərf etməlidirlər Yağan yağış nəticəsində yaranmış palçıqdan küçələrdə sərbəst hərəkət etmək qeyri-mümkün olmadığı halda azyaşlı uşaqlar kilometrlərlə yol qət edərək avtobus dayanacaqlarına çatırlar. Təəssüf ki, avtobuslarda sərnişin sıxlığı olduğundan sürücülər məktəblilər üçün avtobus saxlamaq fikrindən vaz kekirlər. Bu barədə icra strukturları və yerli özünüidarə orqanı olan bələdiyyələr üzərlərinə düşən vəzifənin icrası barədə demək olar ki, qətiyyən düşünmürlər. Qeyd edək ki, belə vəziyyətin yaranmasında yerli icra strukturlarının günahı az deyil. Baxmayaraq ki, dövlət başçısı hər dəfə çıxışında vəzifəli şəxslərə xəbərdarlıq edir ki, vətəndaşların müraciət və şikayətlərinə vicdanlı yanaşsınlar. Lakin fakt ondan ibarətdir ki, xidmət sektirunun vəzifəli şəxsləri nəinki vətəndaşların problemi ilə məşğul olmur, heç onları dinləmək belə istəmir. Məslə orasındadır ki, yaranmış vəziyyətlə bağlı cavabdeh orqanlara müraciət elə müraciət olaraq qalır. Çünki məmurlar edilən müraciətə elə reaksiya verirlər ki, guya vətəndaşlar şikayət etməklə böyük bir siyasi səhvə yol veriblər. 
Qeyri-sabit hava şəraitinin davam etməsi erkən qış rejiminə keçidi labüd edib. Artıq məslə ilə bağlı aidiyyatı qurumlara tapşırıqların da verildiyi bildirilir. Maraqlı məqam indan ibarətdir ki, bu xəbərdarlıqdan sonra müvafiq dövlət qurumları Bakıda əhalinin elektrik, qaz, su və digər sahələrdə problemlə üzləşməməsi üçün hansı tədbirləri görüblər? "Azərişıq" ASC-dən verilən məlumata görə, havanın sərtləşməsi qurumun fəaliyyəti ilə bağlı heç bir narahatlıq yaratmayacaq. Çünki, qış fəslinə yüksək səviyyəli hazırlıq var. Əhalinin nə problemi olarsa, qəza xidmətinə müraciət edə bilər. Elektrik enerjisində fasilələrin olması ehtimalı yoxdur. Nə qədər tələbat varsa, hamısı ödəniləcək. "Azəristiliktəchizat" ASC-dən verilən məlumata görə, qurum istər texniki cəhətdən, istərsə də başqa tərəfdən qışa tam hazırdır. Məlumatda bildirilir ki, "Azəristiliktəchizat"da qışa hazırlıqla bağlı kifayət qədər işlər görülüb. Odur ki, qurumun xidmət zonasında olan istehlakçıların təminatında heç bir problem olmayacaq. Təbii ki, fors-major vəziyyətlər istisna olmaqla: "Azəristiliktəchizat"ın vəzifəsi ondan ibarətdir ki, enerjini istehsal edib istehlakçıya çatdırsın. İstehlakçı isə yaşayış binası, mənzil, məktəb və digər obyektlər hesab edilir. Biz mənzilin içinə girmirik. Biz binanın girişinə qədər istiliyi çatdırırıq. Mənzilin daxilinə isə mənzil mülkiyyətçiləri cavabdehdir. Yaxud da ki, məktəbin içinə isə balans saxlayıcısı cavabdehdir. Əgər onun radiatorlarında, yəni istilik cihazlarında bir problem və ya axıntı olarsa, bu artıq "Azəristiliktəchizat"ın problemi deyil". 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31