İŞİD-ə qarşı mübarizənin növbəti mərhələsi

Uzun müddətdir ki, gözlənilən prosesə nəhayət ki, start verilir. Belə ki, İŞİD terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirmək məqsədilə beynəlxalq koalisiya qüvvələrin İraqın ikinci böyük şəhəri olan Mosulda antiterror əməliyyatlarına başladığı bildirilir. İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatların uğurlu və ya uğursuz olacağına dair müxtəlif versiyalar səsləndirildiyi bir ərəfədə rəsmi Bağdad Türkiyənin beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqa girməsinə etiraz edir. Amma rəsmi Ankaranın isə İŞİD-ə qarşı hərbi əməliyyatlarda yaxından iştirak etməyə maraqlı göründüyü göz önündədir. Ümumilikdə isə, İraqda İŞİD-ə qarşı mübarizə aparıldığı bir ərəfədə hərbi əməliyyatlara ehtiyac olub-olmadığı, onun hansı nəticələrlə yekunlaşacağı barədə müxtəlif fikirlər səslənməkdədir.

Terror təşkilatını zərərsizləşdirmək mümkün olacaqmı?

Uzun müddətdir ki, gözlənilən prosesə nəhayət ki, start verilir. Belə ki, İŞİD terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirmək məqsədilə beynəlxalq koalisiya qüvvələrin İraqın ikinci böyük şəhəri olan Mosulda antiterror əməliyyatlarına başladığı bildirilir. İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatların uğurlu və ya uğursuz olacağına dair müxtəlif versiyalar səsləndirildiyi bir ərəfədə rəsmi Bağdad Türkiyənin beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqa girməsinə etiraz edir. Amma rəsmi Ankaranın isə İŞİD-ə qarşı hərbi əməliyyatlarda yaxından iştirak etməyə maraqlı göründüyü göz önündədir. Ümumilikdə isə, İraqda İŞİD-ə qarşı mübarizə aparıldığı bir ərəfədə hərbi əməliyyatlara ehtiyac olub-olmadığı, onun hansı nəticələrlə yekunlaşacağı barədə müxtəlif fikirlər səslənməkdədir.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Birləşmiş Ştatlar və Fransa təyyarələrinin bombardmanlarından sonra İŞİD terror təşkilatına qarşı quru əməliyyatına ehtiyac vardı. Onun sözlərinə görə, hazırda Mosula hücumla bağlı iki təhlükə var: "Birinci təhlükə odur ki, hücum Mosulda böyük insan tələfatına gətirib çıxara bilər. Şəhəri nəzarətdə saxlayan İŞİD insanlardan canlı qalxan kimi istifadə edəcək. İkinci təhlükə isə onunla bağlıdır ki, Mosulda minlərlə İŞİD terrorçusu var. Aydındır ki, onların hamısını məhv etmək çətin olacaq. Demək onlar Mosulda sonadək savaşmaqdansa, geri çəkilərək başqa məntəqələri ələ keçirə və qətliamlarını davam etdirə bilərlər. Ona görə də koalisyon qüvvələri Mosul ətrafındakı mühasirəni gücləndirmək məcburiyyətindədir". Politoloq deyib ki, Mosula hücumla bağlı başqa bir sual da aktualdır: "Belə ki, İraqın baş naziri Türkiyənin Mosula hücumda iştirak etməsinin əleyhinədir. Nə üçün?. Məncə rəsmi Bağdad ondan qorxur ki, Türkiyə Mosula hücumda iştirak edib uğur qazanarsa, Türkiyə bu bölgədən asanlıqla çıxmayacaq. Çünki açıq danışmaq lazımdır ki, Mosul vaxtilə Osmanlı Türkiyəsinin tərkib hissəsi olduğundan "biz bu torpaqları o zaman niyə təhvil verdik" sualı Ankarada bu gün də aktualdır. Görünür, rəsmi Bağdadı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bugünlərdə səsləndirdiyi "1923-cü ildə imzalanan Lozanna anlaşması Türkiyənin maraqlarına cavab vermirdi" sözləri də qorxudub. Düşünürlər ki, Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir". Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanın daxilində Osmanlının bərpası istəyi olsa belə hazırki regional şərtlər daxilində bu mümkün deyil: "Bu heç Türkiyəyə də lazım deyil. Fikrimcə, nə vaxtsa Suriya və İraqda problemlər həll olunarsa, Türkiyə silahlı qüvvələrinin bu iki dövlətdə hərbi varlığına ehtiyac qalmayacaq. Ancaq bu iki ölkədə sabitlik bərpa

olunmayana qədər Türkiyə Suriya və İraqdan çıxmayacaq. Bu Türkiyənin təbii haqqıdır. Çünki Türkiyəyə həm İraq, həm də Suriya ərazisindən təhlükə var, PKK, PYD, YPG və İŞİD terror təşkilatları bu bölgələrdən Türkiyəyə qarşı istifadə edir, terror əsdirirlər" Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin Mosulda İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar uğurla nəticələnəcək və Mosul terrorçulardan olunacaq: "Bundan sonra,Yaxın Şəqrdə siyasi proseslərə aydınıq gələcək. Ardınca da İŞİD-in paytaxtı Rakka azad olunacaq. İŞİD-in fəaliyytinə son veriləndən sonra hədəf Bəşər Əsəd rejimidir. Birləşmiş Ştatların iştirakı ilə Suriya üzrə keçirilən Lozanna konfransının nəticəsiz başa çatması, əsasən Əsəd rejiminin qorunması və Rusiyanın mövqeyinin nəticəsidir". Politoloq cərəyan edən proseslər fonunda Türkiyə və Rusiyanın Yaxın Şərqdə vəziyyətinin heç də asan olmayacağı qənaətindədir. Onun sözlərinə görə, Ankara-Moskva yaxınlaşması bunu labüd edir: " Son aylar Türkiyə və Rusiyanın siyasi və iqtisadi əlaqləri günü-gündən inkişaf etməkdədir. Hər iki ölkənin prezidentləri, Qərbə qarşı enerji və hərbi ittifaqı möhkəmləndirmək istiqamətində anlaşmalara imza atmaqdadırlar. Putinin İstanbula səfəri, apardığı müzakirələrin iki ölkənin Yaxın Şərq siyasətində birgə müttəfiqliyinə və Qərbin bu, regionda siyasi təsirlərini azaltmağa hesablanıb. Türkiyə və Rusiyanın yaxınlaşması, əsasən hər iki dövlətin liderinin siyasi baxışlarında axtarmaq lazımdır. Putin və Ərdoğan Qərbin demokratik siyasi dəyərlərinə qarşıdır, hər ikisi Qərbə qarşı öz güclü lider xarizmasını nümayiş etdirməkdədir. Həmçinin, Birləşmiş Ştatların Suriyada kürd siyasətinə loyal yanaşması, burada əsas güc olaraq, kürd terrorçularını silahlandırması,Türkiyənin haqlı olaraq Qərbə qarşı narazılıqlarına səbəb olub və Ankaranı Rusiya ilə yaxınlaşdırıb. Buna baxmayaraq,Türkiyə-Rusiya yaxınlaşması,Yaxın Şərqdə sabitliyə yox, Qərbin bu iki dövlətin yaxınlaşamasına qarşı siyasi qərəzindən dolayı, regionda sabitsizliyə yol açacaq. Türkiyənin Qərblə ciddi fikir ayrılıqları və Rusiya ilə yaxınlaşması, Türkiyədə terror böhranının dərinləşməsinə gətirməkdədir. Göründüyü kimi,Türkiyədə artıq, terror olayları hər gün yaşanmaqdadır. Qeyd etmık lazımdır ki,Türkiyəni Rusiyanın işğalından zamanla Qərb, xüsəsən NATO qoruyub.Türkiyənin NATO-nun əsas düşməni ilə siyasi-hərbi iş birliyinə getməsi, Qərbin Yaxın Şərqdə Türkiyənin siyasətini ciddi şəkildə əngəlləyərək, PKK və onun Suriyadakı qolu PYD-nin silahlanması ilə nəticələnəcək. Rusiya regionda heç bir vaxt güclü Türkiyəni qəbul etməyərək, bu ölkənin Qərblə siyasi əlaqələrinin zəiflədilməsinə çalışaraq, regionda öz ambissiyalı siyasətini aparmağa yol açmış olacaq". Politoloq deyir ki, Türkiyənin ətrafında və daxilində siyasi vəziyyət kritikdir: "Türkiyə rəhbərliyi, Türkiyə ətrafında və Yaxın Şərqdə problemləri, Qərblə birgə əməkdaşlıq etməklə həll edə bilər. Rusiya, Yaxın Şərqdə müvəqqətidir,bir müddətdən sonra buranı tərk etmək məcburiyyətində qalacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31