Gündəm
Politoloq: “AŞPA-nın vitse – prezidenti tək deyil”- AÇIQLAMA
“AŞPA-nın vitse – prezidenti, əslən fransalı olan Rene Rukel artıq bir neçə ildir ki, erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qərəzli fəaliyyət göstərir. Əgər əvvəllər onun Dağlıq Qarabağa səfərləri fərdi xarakter daşıyırdısa sonradan geniş tərkibli heyət ilə işğalçı rejimin nümayəndələri ilə görüşlər keçirməyə başladı”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Lənkəranskinin öldürmək istədiyi milyonçu
"Onunla düşmənçiliyim olmayıb" Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir.
"Azdrama"nın rəhbərindən Fuad Poladovun getməsinə- MÜNASİBƏT
Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemət xalq artisti Fuad Poladovun teatrdan işdən getməsi qərarına münasibət bildirib.
""Azdramda" kim qalacaq?!" - Fəxrəddin Manafov
Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.
Talibana qarşı genişmiqyaslı hücum başladı
Əfqanıstan ordusu son 24 saat ərzində Talibanın 66 döyüşçüsünü məhv edib. Olaylar.az axar.az-a istinadən bildirir ki, "Hama Press" agentliyi Talibana qarşı əməliyyatların hələ də davam etdiyini deyib.
Türkiyə qaz tədarükü ilə bağlı Rusiyaya müraciət etdi
Türkiyə Rusiyadan idxal etdikləri qazın həcminin artırılması üçün “Qazprom”a müraciət edib.
İŞİD 8 min ailəni qaçırıb - BMT-dən şok açıqlama
BMT İŞİD terror təşkilatı ilə bağlı qorxunc statistika açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, təşkilat İŞİD-in Mosul və ətrafından 8 min ailəni və ya on minlərlə mülki vətəndaşı qaçırdığını bəyan edib.
Lukaşenko Azərbaycandakı referendumdan danışdı
“Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm”. “Qafqazinfo” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.
Azərbaycan malları xaricdə bu mağazalarda satılacaq
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nı təsdiq edib.
Polis "Mama Roza"nı iş başında tutdu
Türkiyədə fahişələrə qarşı polisin növbəti əməliyyatı reallaşıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Adana polisi, həm fahişəlik etdiyi, həm də iki qadına fahişəlik etdirdiyi irəli sürülən qadını cinayət başında yaxalayıb.
"Ölkəmin çörəyi haramın olsun"
Əməkdar artist Mehriban Xanlarova Rusiyanın gürcü əsilli ifaçısı Soso Pavliaşvilinin xalq artisti Ramiz Fətəliyevi təhqir etməsinə münasibət bildirib.
BƏDBƏXT HADİSƏ: Avtobusa minmək istəyən qadın yıxılaraq öldü
Gəncə şəhərində bədbəxt hadisə baş verib.
Cənublu gənclər vətənpərvər ruhda böyüyür
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində paytaxtla yanaşı regionlarda da görülən işlər əyalət gənclərinin vətənpərvər ruhda tərbiyə olunmasına, onların Vətənə, dövlətə məhəbbət hissində böyüməsinə yol açır. Bu baxımdan Lənkəran rayonunda keçirilən tədbirlər də müstəsna əhəmiyyət kəsb edir. Şəhər İcra Hakimiyyəti demək olar ki, müntəzəm olaraq qeyd edilən istiqamətlərdə tədbirlər keçirərək gənclərin vətənpərvər ruhda tərbiyəsinə önəmli töhfə verir.
Evlərdə zərərli dini təbliğatla məşğul olan dini cərəyanlar var
Din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirirlər Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Milli Məclisin oktyabrın 28-də keçirilən iclasında sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə yeni 4-ü bənd əlavə edilib. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Gözlərimizi necə qoruyaq?
Görmə qabiliyyətini artırmağın mümkün yolları Qloballaşan dünyada informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bir tərəfdən yaxşı halı sayılsa da, digər tərəfdən bu amil insan orqanizminə ciddi fəsadlar törədir. Belə ki, günün əksər saatını kompüter qarşısında, sosial şəbəkələrdə keçirən hər bir insanda tədricən görmə problemi yaranır, göz xəstəlikləri meydana gəlir. Bir qayda olaraq həkimlər, tibb ekspertləri bu barədə xəbərdarlıq etsə də, lakin insan oğlu çox zaman bu xəbərdarlıqlara məhəl qoymur. Nəticə isə çox zaman acı sonluqla başa çatır. Bəs görəsən İKT-dən uzaq durmaqla yanaşı gözlərimizi ciddi fəsadlardan necə qoruya bilərik.














