BƏDBƏXT HADİSƏ: Avtobusa minmək istəyən qadın yıxılaraq öldü
Gəncə şəhərində bədbəxt hadisə baş verib.
28 Oktyabr 2016 15:34 SosialGəncə şəhərində bədbəxt hadisə baş verib.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə bu gün şəhərin "Mərkəzi Bazar" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü Mahizər Əliyeva avtobusa minmək istəyərkən yıxılıb. Başı yerə dəyən qadın hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31