Evlərdə zərərli dini təbliğatla məşğul olan dini cərəyanlar var
Din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirirlər Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Milli Məclisin oktyabrın 28-də keçirilən iclasında sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə yeni 4-ü bənd əlavə edilib. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
28 Oktyabr 2016 15:29 SosialDin pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirirlər
Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Milli Məclisin oktyabrın 28-də keçirilən iclasında sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə yeni 4-ü bənd əlavə edilib. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, layihəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Məcəllənin 214-cü (terrorçuluq) maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində törədilən əməllərə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Cinayət Məcəlləsinin 279-cu maddəsində edilən dəyişikliyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştiraketməyə görə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq. Qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq. Komitə sədri bildirib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: "Azəraycanda 2166 məscid var və onun 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi, həm də İslam Universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq". Komitə sədri əlavə edib ki, bu gün qeydiyyatdan keçməyən dini icmalar var ki, onlar evlərdə zərərli dini təbliğatla məşğuldur. Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bundan öncəki rəhbrləri hansısa məqsədlər naminə 719 dini icmanı dövlət qeydiyyatdan keçirib: "Hansı ki, bunlar arasında qeyri-islami dini icmalar da var. Ancaq bundan başqa, qeydiyyatdan keçməyən və evlərdə fəaliyyət göstərən dini icmalar da var. Bu dini icmaların bir qismi evlərdə ziyanlı dini təbliğatla məşuldurlar. Qanunda nəzərdə tutulan cəzalar və qadağaların təkcə qeydiyaytdan keçən dini icmalar üçün deyil, eyni zamanda, qeydiyyatdan keçməyən dini icmaların üzvlərinə qarşı tətbiq edilməsi nəzərdə tutulur. Yəni, dini inancından asılı olmayaraq, dini ekstremizmlə məşğul olan bütün dini cimalara qarşı tətbiq ediləcək. Ona görə ki, bu dini icmaların ziyanlı təbliği nəticəsində insanlar Azərbaycandan xaricdə fəaliyyət göstərən ekstremist dini təşkilatlara qoşulurlar". Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirirlər. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımndan heç zaman münaqişə yaşanmayıb: "Sadəcə, bu gün biz dünyada dini pərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünayanın bir şox ölkəsi cəhənnəmə çevrilib. Mən elə bu günlərdə kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Bildirdi ki, burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O, dedi ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sorna da müxtəlif platformalarda dəstək verəcək, yanımızda olacaq". Q.Paşayeva ümidvar olduğunu bildirib ki, Azərbaycan bundan sonra da Kərkukdə yaşayan soydaşlarımıza sahib duracaq və onlarə dəstək verəcək. "Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanın müvafiq qurumları bu istiqamətində fəaliyyət göstərir, ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olamalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq". Millət vəkili onu da əlavə edib ki, dini ekstremizimin qarşısını almaq üçün öz dini alimlərimizi yetişdiməliyik: "Bu yolla maarifləndirmə işi aparılmalıdır".
Sonra iclasında "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb. Qanun layihələrinə dəyişikliklərin mahiyyəti və edilən təkliflər barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, artıq günümüzdə belə halların şahidi oluruq: "Adıçəkilən qanunlara dəyişikliklər "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanuna uyğunlaşdırlması məqsədi ilə edilir. Dəyişikliklərə əsasən dini ekstremizmə qarşı mübarizənin geniş ictimaiyyət kütləsinə çatdırırlma qaydaları öz əksini tapır. Çünki dini ekstremizmə qarşı mübarizədə KİV-in və digər qurumların üzərinə düşən vəzifələr var". R.Hüseynov əlavə edib ki, bu cür halların qarşısını vaxtında qanunvericilik baxımından almaq məqsədi ilə 2015-ci ildə Azərbaycanda "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul edilib, indi də qanunlara dəyişikliklər və əlavələr edilməkdədir: "Adıçəkilən qanuna da dəyişiklik edildiyindən, digər qanunlarda da uyğunlaşdırma aparılmalıdır. Bu baxımdan, müzakirəyə çıxarılan dörd qanun "Dini ekstremizmə qarşı mübarizə haqqında"qanuna edilən dəyişikliyin digər qanunlarda da uyğunlaşdırlması məqsədini daşıyır. Odur ki, adıçəkilən "Dini ekstremizm haqqında" qanunda ekstemizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumat verilməsi; Dini ekstremizm əleyhinə züsusi əməliyyatın aparılması zonasındakı KİV işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi, həmçinin, xüsusi əməliyyat barədə ictimaiyyətə əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi" kimi dəyişikliklər öz əksini tapıb". Deputat Elmira Axundova bildirib ki, dini radikalizm,dini fanatizmlə əlaqəli bir çox qanunlara dəyişikliyin müzakirəyə çıxarılması günün tələbidir: "Dünyada və regionda baş verən proseslər fonunda bu addımların atılması, dini radikalizmlə mübarizənin sərtləşdirilməsi labüddür. Əgər yadınızdadırsa, biz hələ bir müddət əvvəl ictimai yerlərə girişlərin, yəni metro, teatr, ali məktəb, ticarət mərkəzlərinin metalaxtaran qurğularla təchiz olunmasını təklif etmişdik. Tədricən bu proses bəzi ictimai yerlərdə başlayıb. Yenə təkrar edirəm ki, qanunvericilikdə edilən dəyişikliklərlə yanaşı qeyd etdiyim həmin məsələnin daha sürəltə icrasına başlamaq lazımdır". Deputat Qüdrət Həsənquliyev bildirib ki, KİV-in əməliyyatla bağlı məlumatı əməliyyat aparan orqan tərəfindən verilən icazə ilə yayması mətbuat azadlığını məhdudlaşdırır: "Bunun başqa formasını tapmaq olardı". Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik parlamentarilər tərəfindən səsvermə yolu ilə qəbul edilib.
Alim