Gündəm
“Demokratiya simvolu”nun antidemokratik seçki üsulu
Sayca Ağ Evin 45-ci prezidentinin müəyyənləşdirilməsinə sayılı günlər qaldığı bir ərəfədə namizədlərdən Donald Trampın seçkilərin saxtalaşdırılacağına dair verdiyi “sürpriz” açıqlama istər Amerika cəmiyyəti, istərsə də xarici aləmdə ciddi rezonans doğrurub.
Fermer torpaqlarının dövlət qeydiyyatında müsbət dəyişikliklər baş verir
Dünya bazarlarında neft qiymətlərində baş verən məlum proseslərdən sonra Azərbaycanda qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrildi. Ötən müddət ərzində qeyd edilən istiqamətlərdə görülən işlər, hökumətin bu sahəyə ayırdığı diqqət fermer təsərrüfatlarının daha da inkişaf edəcəyinə əminlik yaranıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ən son Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair keçirilən iclasında da ölkədə fermer təsərrüfatlarının inkişaf etdirilməsi məsələsinə toxunaraq bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onu da etiraf etmək lazımdır ki, son aylar ərzində bu istiqamətdə əsaslı addımlar müşahidə edilməkdədir. Xüsusilə, fermerlərə məxsus olan torpaqların sənədləşdirilməsi istiqamətində həyata keçirilən sadələşdirilmə prosesini bu sıraya əlavə etmək olar. Ancaq müəyyən mənada problemlərin qaldığı da söylənilir.
Dövlət Gömrük Komitəsinin sədri Balakən şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Millətimiz bir ovuc əsgər qiyafəsi geymiş terroristi durdurdu
Oktyabr ayının 17-18-də Ankarada İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 36-cı sessiyası keçirildi. Tədbirdə ölkəmizi MM sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibinə deputatlardan bu sətirlərin müəllifi və Mirkazım Kazımov daxil idilər.
Milli Məclis daha 7 qanunu dəyişdirdi
Milli Məclisinin oktyabrın 28-də keçirilən iclasında “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında”, “Yol hərəkəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Nəzir pulları hara xərclənir?
"Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir". Bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir. S. Novruzov dini icmaların fəaliyyətinə də toxunub. Deputat bildirib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib: “Hələ keçməyən nə qədər icma da var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki onların fəaliyyəti dayandırılsın”.
Deputat sifarişlə işləyən jurnalistlərə sanksiya tətbiq etməyə çağırdı
"Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var". Bunu deputat Fazil Mustafa parlamentin iclasında deyib.Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır. “Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.
Azərbaycanlı pedofil Rusiyada axtarışa verildi
Peterburq polisi 54 yaşlı Azərbaycan vətəndaşını axtarır, o, 13 yaşlı məktəbliyə təcavüz etməkdə şübhəli bilinir.
Özəl klinika barədə cinayət işi açıldı
Bakı şəhər prokurorluğu özəl klinikada baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Olaylar”ın xəbərinə görə, prokurorluğun açıqlamasında bildirilib ki, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Erməni məmurun gözqamaşdıran sərvəti: . Villalar, maşınlar..
Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin yeni rəhbəri Vardan Arutyunyanın malik olduğu sərvət ölkədə hamını şoka salıb.
Manaf Ağayev məhkəmədə ifadə verdi: "Satmıram, ya ev, ya obyekt" - YENİLƏNİB
Ləğv edilmiş MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam edib.
Son 10 gündə 200-ə yaxın yük maşını sürücüsü cərimələnib
"Azəravtoyol" ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.
Dövlət Agentliyi: Qiymətləri tənzimlənmiş dərmanlara stasionar müalicələrdə təminat veriləcək
“Stasionar müalicələrdə sığorta olunanın sağlamlıq vəziyyətinin bərpa olunması üçün tələb olunan dərman preparatları üçün məhdudiyyət tətbiq edilməyəcək. Respublikamızda qeydiyyatdan keçmiş, Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, dövlət proqramlarına daxil olmayan dərman preparatlarına stasionar müalicələrdə təminat veriləcək”. Bunun APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.
ABŞ-da neft kəməri tikintisinə etiraz
ABŞ-ın Şimali Dakota ştatında etiraza qalxan sakinlərin düşərgələri polis tərəfindən dağıdılıb. Polis müqavimət göstərən 141 nəfər etirazçını həbs edib.
Şəxsi avtomobillərdə taksi xidmətinin qiymətləri eyniləşdiriləcək - VİDEO
Şəxsi avtomobili ilə taksi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək.














