Gündəm
Təhsil Nazirliyi ilə “Respublika” qəzeti arasında qalmaqala nöqtə qoyuldu
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Respublika" qəzeti bildirirlər ki, qəzetin 27 oktyabr 2016-cı il tarixli sayında dərc edilmiş "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb”.
Myanma hökuməti dənizə düşən təyyarə barədə məlumatı yalan adlandırdı
Myanmanın hüquq-mühafizə orqanları məlum veriblər ki, ölkənin qərb sahillərində dənizə təyyarənin düşməsi ilə bağlı verilmiş məlumat təsdiqini tapmayıb. Nəticə olaraq, istintaqın dayandırılması barədə qərar qəbul olunub.
Elçin Hüseynbəyli yazır... Milli heyvan üstə dalaşdılar
Elçin Hüseynbəyli Milli heyvan üstə dalaşdılar Baməzə dostum yadınızdadır da. İndi onun növbəti əhvalatını sizə danışacam: -Bir dəstə şair idik, özümüz də yaxşı yeyib-içmişik. Kefimiz saz, damağımız çax mindik avtobusa. Bir də baxıb gördüm ki, sürücü pəncərəyə belə bir şüar yapışdırıb: “Buranı zibilləyən donuzdur!” Aramızda bir şair də var, çox cırtqozdur, özündən çıxandır. Milli məsələlərə həssasdır. Onu dürtmələyib dedim ki, “bu nə biabırçılıqdı: “donuz” niyə, bizim milli heyvanlarımıza nəgəlb? Məsələn, donuz yerinə yazaydı “qoyun, ya eşşək!” Bu söz onun ağlına batdı və cumdu sürücünün üstünə ki, tez elə o xəbərdarlığı çıxart və donuzu qoyunla əvəz elə! Sürücü də qayıtdı ki, “qərdeş olmaz, qoyun qurbanluqdur, onun adını yazmaq kafirlik olar!”
QHT-lər üçün “bir pəncərə” nə vəd edir?
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin.
Qafqaz regionu terror təşkilatlarının yeni hədəfində
Hər bir ölkə kimi Azərbaycan da terrordan sığortalanmayıb və bunun bir neçə dəfə əyani şahidinə çevrilmişik. Zaman-zaman erməni terror təşkilatları Azərbaycan ərazisində qanlı aksiyalar həyata keçirərək yüzlərlə vətəndaşımızı qətlə yetirib, bir o qədər insana müxtəlif dərəcəli xəsarətlər yetirib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Nağı: “Onlar ancaq erməni yalanlarını təbliğ edirlər”- AÇIQLAMA
“Ümumiyyətlə nəinki AŞPA-nın vitse-prezidenti Rene Rukeldir, eləcə də bir sıra deputatlar tez-tez işğal altında olan Dağlıq Qarabağa səfərlər edir və bununla da ölkəmizə qarşı qərəz nümayiş etdirirlər”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Rövşən Rzayev: “Həmsədrlər münaqişənin həll olunmasına əngəllər törədir” - AÇIQLAMA
“Ümumiyyətlə tək Fransa dövləti ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin süni şəkildə uzadılmasına çalışmır. Minsk qrupunun həmsədrlərinin həmməruzəçiləri də kifayət qədər güclü və çox peşəkar bir diplomat və siyasətçilər kimi artıq 23 ildən çox müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasına əngəllər törədir”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Elşən Musayev: “Rəsmi İrəvan gec-tez uduzub torpaqları qaytarmalıdır”- AÇIQLAMA
“İlk növbədə qeyd etmək lazımdır ki, artıq növbəti dönəmdə Rusiyanın mövqeyində Azərbaycana təşəbbüskeşliyi görürük. Bunu birbaşa Rusiya artıq dövlət olaraq deyil, müxtəlif vasitələrlə, təmsilçiləri və politoloqları ilə göstərir”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Təhmasib Novruzov: “Müxalifətdə yorğan davası gedir”- AÇIQLAMA!
“Aparıcı” müxalifət və ya “ana” müxalifət olmaq kimi arzular hər zaman dağıdıcı müxalif partiya sədrlərinin istək və arzuları olub. Ümumiyyətlə, bu gün hansı “ana” müxalifətçilikdən və aparıcı müxalifətçilikdən danışmaq olar? Əlbəttə, danışmaq olmaz. Çünki bu günə qədər müxalifət ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlib, xalqın heç bir siyasi dəstəyini qazana bilməyib və hətta müxalifət öz düşərgəsində irəliyə doğru heç bir addım da ata bilməyib. Belə olan halda, müxalifətin hansı irəliləyişindən və hansı aparıcı müxalifət olmasından söhbət gedə bilər? Təbii ki, heç bir irəliləyişindən və aparıcı müxalifət olmasından söhbət gedə bilməz. Bu baxımdan, onların bu cür iddialarla çıxış etmələri hər kəsdə gülüş doğurur”.
Politoloq: “AXCP rəhbərliyi gəncləri cinayət törətməyə vadar edir”- AÇIQLAMA!
“Radikal müxalifətin ənənəvi siyasi xətti cinayətkarlardan məqsədli şəkildə “siyasi məhbus” obrazı yaratmağa çalışmaqdır. AXCP və Musavat partiyası da bu ənənəvi siyasəti davam etdirməyə çalışır. Xüsusilə, AXCP üzvü olan gənclərin “fəaliyyəti” tamamilə radikalizmə söykənir. Onlar elə hesab edirlər ki, istədikləri cinayəti törədə bilərlər, ancaq məsuliyyət daşımamalı və qanun qarşısında cavab verməməlidirlər. Hətta polislə əlbəyaxa olmaq‚ qəsdən polisə müqavimət göstərmək‚ məmurların ünvanına məqsədli şəkildə küçə kəlmələri ilə təhqiramiz ifadələrin işlədilməsi AXCP gənclərinin ənənəvi “siyasi fəaliyyət” prinsipidir”.
"Qızıl Məryəm"in məhkəməsi təxirə salındı - SƏBƏB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanınmış qızıl alverçisi olan Məryəm Nemətzadəni öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prezident İlham Əliyev regional lider kimi yeni ideyalarla çıxış edir
Azərbaycan Prezidenti İlham Əliyev ilə bir neçə dəfə görüşmüşəm və o, məndə dünya miqyaslı dövlət xadimi təəssüratı yaradıb. Avropada belə dövlət xadimlərinə az-az rast gəlinir. Elə prezident İlham Əliyevin reytinqinin yüksək olması da bunu göstərir. Azərbaycanın prezident sarıdan bəxti gətirib. Elə Rusiyanın da indiki prezidenti baxımından bəxti gətirib.
Röyanın keçmiş həyat yoldaşı ölkədən qaçmasından danışdı
"Çudo Peçka" mağazalar şəbəkəsinin rəhbərlərindən biri, tanınmış müğənni Röya Nəcəfovanın keçmiş həyat yoldaşı Anar Cəlilovun iflas etməsi və Azərbaycandan qaçması haqqında xəbərlər yayılıb.
Azərbaycanlı milyarder-oliqarxın 17 yaşlı oğlunun maşınları və model sevgilisi
Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu Rusiyanın maqazin mediasının ulduzuna çevrilir. Olaylar.az virtualaz.org-a istinadən bildirir ki, yeniyetmə Rasim Məmişov piterli model Polina Smirnova ilə sevgilidir və fotolarını özünün İnstagram səhifəsindən paylaşıb.














