Gündəm
Şok: Aparıcı Kamilənin atasını ruh öldürüb - VİDEO
Aparıcı Kamilə Babayev ilk dəfə atasının müəmmalı ölümündən danışıb. Publika.az xəbər verir ki, "5-ci element" verilişində aparıcı xanım atasının faciəvi ölümünü haqqında danışanda güclü görünməyə çalışsa da, təsirləndiyini gizlədə bilməyib.
Moskvada “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüş təşkil olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent“ şirkəti ölkəmizdə işgüzar turizmin inkişafı məqsədilə Moskvada “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüşünü təşkil edəcək.
Beynəlxalq forum İlhan Aşkının müdafiəsinə qalxdı
İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan nümayəndəliyi diaspor fəalı İlhan Aşkının hüquqlarının müdafiə olunması ilə bağlı müzakirələr keçirib. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Beynəlxalq Forumun təmsilçiləri diaspor fəalının müdafiəsi üçün təkliflərini veriblər, Azərbaycan dövləti və cəmiyyətinin onu müdafiə etməli olduğunu vurğulayıblar. Toplantıda İlhan Aşkının müdafiəsi ilə bağlı bir sıra tədbirlərin, o cümlədən Hollandiyanın Azərbaycandakı səfirinə müraciət, bu mövzuda hüquq müdafiəçilərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi, vəkillərin tutulması və sair tədbirlərin həyata keçirilməsi üçün qərarlar qəbul olunub.
Dini Komitə Şəkidə seminar-treninq keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.
Erməni jurnalist Süzan Caginyan Azərbaycana müraciət etdi
Dünən virtualaz.org-un redaksiyasına Yerevandan məktub yazan 49 yaşlı erməni qadın Süzan Vladimirovna Caginyan bildirir ki, bütün SSRİ-də anadan olmuş şəxslər kimi, o da layiqli təhsilə və ali təhsilə malikdir. Pedaqoq, jurnalist və musiqiçidir. 18 yaşından 2010-cu ilə kimi Ermənistan vətəndaşı olub. Vətəndaşlığını dəyişməyib və heç zaman 6 aydan artıq müddətə ölkəsini tərk etməyib. Lakin 2000-ci ildən başlayaraq Ermənistanda baş verənləri qələmə almaqda çətinlik çəkir. Özünün dediyi kimi, burada "sözlər acizdir".
Tanınmış idmançı və diaspor rəhbəri haqqında kitab hazırlanıb
Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və dzü-do ustası Natiq Bağırov haqqında kitabın təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İradə Əliyevanın "Natiq Bağırov- idman onun həyatıdır" adlı miniatür kitab Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub.
“Neft Daşları” yatağında meydançalar təmir edilib
“Neft Daşları” NQÇİ-nin istismar etdiyi 1624 saylı meydançada və 1702-1541 saylı meydançalar arası estakadada həyata keçirilən əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neft Daşlari” yatağında 1624 saylı meydançada görülmüş işlər çərçivəsində, 48 ədəd xamut vurulub, 24 ədəd sualtı əlaqə xətti quraşdırılıb. Əsaslı təmir zamanı sualtı rabitə xətləri bərpa edilmiş və işlək 4 quyunun sualtı bərkidilməsi işləri başa çatdırılıb. 1702-1541 saylı meydançalar arası estakadada aparılan əsaslı təmir işləri çərçivəsində 196 ədəd möhkəmləndirici svay vurulub, 55 ədəd rigel və 2 ədəd metal ferma yığılıb. Eləcə də 431 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 47 metr uzunluqda yanğın əleyhinə su xətti çəkilib.
Hərbi Dəniz Qüvvələrində seminar keçirilib
Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Azərbaycan Respublikası Silahlı Qüvvələrində tətbiqi" mövzusunda keçirilən seminarda HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb. Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib.
Komitə sədri: “Azərbaycan din sahəsində öz mütəxəssislərindən istifadə etməlidir”
“Cinayət Məcəlləsinə edilən dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq”.
"Azəristiliktəchizat" məktəblərə istiliyin tez verilməsinin mümkünlüyünə aydınlıq gətirib
"Havaların kəskin soyuması ilə əlaqədar sosial obyektlərə, o cümlədən orta ümumtəhsil məktəblərinə istiliyin verilməsi nəzərdə tutulmuş vaxtdan, yəni noyabr ayının 15-dən daha tez baş tuta bilər".
Yağışlar davam edəcək
Bakı və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Karbohidrogen ehtiyatları şərti yanacaqla 10 mlrd. ton həcmində qiymətləndirilir
Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir. "APA-Ecnomics" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Oil and Industry" jurnalına müsahibəsində bildirib.
Lavrov Xəzərin statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir
Moskva Xəzərin hüquqi statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir.
Suriyada daha bir İran generalı öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Gülmirzə Səmai Suriyada öldürülüb.
Trampın ulduzunu niyə qırdılar?
Hollivudun Məşhurlar xiyabanındakı ulduz qalmaqalına simvolik fon verməyə çalışanlar yanılmırlar. Los-Anceles polisi prezidentliyə namizəd Donald Trampın şərəfinə qurulmuş ulduzun maddi dəyərini önə çəkib, onun dağıdılmasını kriminal müstəvidə şərh etməyə çalışsa da, inandırıcı alınmır.














