Dini Komitə Şəkidə seminar-treninq keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda aidiyyəti qurumların məsul nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev açaraq rayonda dövlət-din münasibətləri sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Dini radikalizm və dini ekstremizm kimi mənfi meyillərə qarşı mübarizədə belə maarifləndirmə tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği, tolerant və multikultural ənənələrin təşviqi, eləcə də ənənəvi İslamın dirçəldilməsi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Məruzə ətrafında çıxışlarda Azərbaycanda mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri və milli-mənəvi dəyərlərdən geniş söhbət açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31