Gündəm
Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi - SƏNƏDLƏR
Keçən ay Suriyada hakimiyyətdə olan Bəşər Əsəd ilə ölkənin bir hissəsinə nəzarət edən kürdlərin PYD qruplaşması arasında Rusiyanın təşkilatçılığı və vasitəçiliyi ilə görüş baş tutub.
Türkmənbaşı 5 ildən sonra Moskvaya gedir
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 1-də Rusiyaya səfər edəcək.
Putin: "Onlar heyrətamiz idiotlardır!" - VİDEO
"Krımın enerji blokadasına alınması, yarımadaya içməli suyun verilməsinin dayandırılması yolverilməz hadisə, cinayət idi".
Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaq
29-30 oktyabr tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.
Məkkəyə raket atıldı
Yəmənin İran tərəfindən dəstəklədiyi Husilərin nəzarət etdiyi ərazidən Məkkəyə ballistik raket atılıb. “OLAYLAR”-ın Türkiyə bürosunun xəbərinə görə, SKAD-2 tipli raket Səudiyyə Ərərbistanı Hava Hücumundan Müdafiə Birlikləri tərəfindən Məkkənin 65 kilometrlik məsafəsində zərərsizləşdirilib. Səudiyyə məxsus qırıcı təyyarələr raketin atıldığı hədəflərə hava zərbələri endirib.
Krasnoyarskda Nar bayramı keçirilib
Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçirib. Tədbir Krasnoyarsk diyarı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk regional bölməsi və Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.
Deputat tələb edir: “Rusiya və İran Ermənistana təzyiqi artırsın”
Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın. “Olaylar” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”. Deputat Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik.
Zahid Oruc: “Baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik”
“Beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər”. “Olaylar”ın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Dini təbliğatla bağlı qanun layihəsinin müzakirəsi təxirə salınıb
Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərin müzakirəsi növbəti dəfə təxirə salınıb.
MM Azərbaycan, Rusiya, İran prezidentlərinin bəyannaməsini təsdiqlədi
Azərbaycanın bəzi ölkələrlə imzaladığı sənədləri ratifikasiya edib. “Olaylar”ın xəbərinə görə, bunlar "Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında” layihələrdir. Qeyd olunan qanun layihələri səsə qoyularaq qəbul edilib.
Parlament bir sıra beynəlxalq sənədi ratifikasiya edib
Milli Məclis Azərbaycanın bəzi ölkələrlə imzaladığı sənədləri ratifikasiya edib."Olaylar”ın xəbərinə görə, bunlar "Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında” sənəd layihələri daxildir. Qeyd olunan qanun layihələri səsə qoyularaq qəbul edilib.
Deputatdan təklif: “ Türkiyə və İranla viza rejimi ləğv olunsun”
“İranda 30 milyondan artıq azərbaycaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq”. “Olaylar” xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib. O, Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırıb. Deputat söyləyib ki, Azərbaycana qarşı bəzi Türkiyə saytlarında təxribatçı yazılar gedir:
Əsgərlərə hücum edən İŞİD-çilərdən xain planı
Qadın paltarı geyinib əsgərlərə hücum etməyə hazırlaşan İŞİD-çilər tutulublar. Olaylar.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə məlumatı polkovnik-leytenant Selim Miradeli yayıb.
Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var
Lənkəranda sərnişin avtobuusu qəzaya uğrayıb. Olaylar.az DİN-ə istinadən bildirir ki, oktyabrın 27-də saat 20 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi "PAZ" markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.
"Mən elə əvvəlki Patimatam"
Olaylar.az Azərbaycan millisinin taekvondoçusu, Rio Olimpiadasının bürünc medalçısı Patimat Abakarovanın apasport.az-a müsahibəsini təqdim edir:













