Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaq
29-30 oktyabr tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.
28 Oktyabr 2016 13:13 İdman29-30 oktyabr tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikada 8 güləşçimiz mübarizə aparacaq. Yarışda ölkəmizi Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.