Zahid Oruc: “Baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik”

“Beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər”. “Olaylar”ın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

"Beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər". "Olaylar"ın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib. Z.Oruc bildirib ki, Ermənistan bir çox zamanlarda ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib: "Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31