Putin: "Onlar heyrətamiz idiotlardır!" - VİDEO
"Krımın enerji blokadasına alınması, yarımadaya içməli suyun verilməsinin dayandırılması yolverilməz hadisə, cinayət idi".
28 Oktyabr 2016 13:17 Dünya"Krımın enerji blokadasına alınması, yarımadaya içməli suyun verilməsinin dayandırılması yolverilməz hadisə, cinayət idi".
Milli.Az Rossiya 24-ə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin Yalta şəhərində keçirilmiş "Fəaliyyət Forumu.Krım" sessiyasında çıxış edərkən belə deyib.
"Ukraynanın hakimiyyət dairələrinin Krıma qarşı tətbiq etdikləri enerji blokadası və yarımadaya içməli suyun verilməsinin dayandırılması insanlığa qarşı cinayət olmaqla yanaşı, axmaqlıq həddində əməldir. Açığını deyim ki, Krımda yaşayan insanlara, onların baş verənlərə reaksiyasına baxıb həzz alırdım. Cəsarət, ləyaqət, maraqları uğrunda sonadək mübarizə aparmaq istəyi vardı. Amma o qərarları verənlər elə axmaqlıq etdilər ki... Axı onlar nəyə ümid edirdilər?! Sadəcə, anlamıram. Bəlkə, ona ki, Krımda hamı diz çökəcək və yalvarıb nə isə istəyəcəkdi?! Sadəcə, heyrətamizdir. Heyrətamiz idiotlardır!" - V.Putin deyib.
Krım yarımadası 2015-ci ilin noyabrın 22-də tamamən elektroenerji və içməli sudan məhrum edilmişdi. Bunun səbəbi Ukrayna ərazisində 4 yüksəkenerjili ötürmə xəttinin partladılması idi. Partlayışdan sonra Krımda və Sevastopolda fövqəladə vəziyyət rejimi tətbiq olunmuşdu. Daha sonra Rusiyanın Krasnodar diyarından Krıma "enerji körpüsü" çəkildi. Həmin körpünün gücü hazırda 400 MVt-dır. Olaylar.az