Myanma hökuməti dənizə düşən təyyarə barədə məlumatı yalan adlandırdı
Myanmanın hüquq-mühafizə orqanları məlum veriblər ki, ölkənin qərb sahillərində dənizə təyyarənin düşməsi ilə bağlı verilmiş məlumat təsdiqini tapmayıb. Nəticə olaraq, istintaqın dayandırılması barədə qərar qəbul olunub.
28 Oktyabr 2016 14:44 DünyaMyanmanın hüquq-mühafizə orqanları məlum veriblər ki, ölkənin qərb sahillərində dənizə təyyarənin düşməsi ilə bağlı verilmiş məlumat təsdiqini tapmayıb. Nəticə olaraq, istintaqın dayandırılması barədə qərar qəbul olunub.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, sahil zonasında təyyarə qəzasına aid heç bir iz tapılmayıb, mülki aviasiya xidməti isə radarlardan hava gəmisinin yoxa çıxması ilə bağlı heç bir faktın olmadığını bildirib.
Xatırladaq ki, bu gün səhər "Reuters" agentliyi Myanma sahillərində naməlum təyyarənin qəzaya uğrayaraq dənizə düşməsi barədə xəbər yaymışdı.