Türkiyə qaz tədarükü ilə bağlı Rusiyaya müraciət etdi

Türkiyə Rusiyadan idxal etdikləri qazın həcminin artırılması üçün “Qazprom”a müraciət edib.

Türkiyə Rusiyadan idxal etdikləri qazın həcminin artırılması üçün "Qazprom"a müraciət edib.

"Qafqazinfo" Rusiya KİV-ə istinadən xəbər verir ki, şirkət açıqlamasında müraciətin müsbət qarşılandığını və Türkiyəyə əlavə qazın veriləcəyini bəyan edib. Bununla da, bu gündən etibarən sifariş 9,3 faiz artaraq sutkada 82,1 milyon kubmetrə çatıb.

Qeyd edək ki, bu gün İrandan Türkiyəyə gedən qaz xətttində partlayış baş verdiyi üçün qaz təchizatı dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31