Lukaşenko Azərbaycandakı referendumdan danışdı

“Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm”. “Qafqazinfo” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.

"Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm".

"Qafqazinfo" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.

Lukaşenko deyib ki, referendumun nəticələri mürəkkəb bir dövrdə Azərbaycan xalqının hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir: "Bu, çox böyük qələbədir və mən onun dünyada necə qiymətləndirildiyini bilirəm. Hər cür söz-söhbət, hər cür dedi-qodu dərhal öz mənasını itirdi və ölkənizin imici xeyli yüksəldi. Dostumla razılaşmışıq ki, noyabrın 28-29-da görüşək. Heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq".

A.Lukaşenko diqqəti belə bir fakta da cəlb edib ki, bu günlərdə Belarusun paytaxtı beynəlxalq görüşlər üçün geniş məkana çevrilib. Məsələn, oktyabrın 27-də Avrasiya İqtisadi İttifaqı səviyyəsində görüş keçirilib. Bu gün MDB ölkələrinin hökumət başçıları görüşürlər. Bundan əlavə,BMT-nin Avropa İqtisadi Komissiyasının irimiqyaslı beynəlxalq konfransı keçirilir. Bu günlər Ukraynaya dair işçi qrupunun iclası keçirilir. A.Lukaşenko deyib: "Bütün bunlar göstərir ki, Minsk danışıqların dinc məkanı barədə öhdəliklərini yerinə yetirir". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31