Gözlərimizi necə qoruyaq?

Görmə qabiliyyətini artırmağın mümkün yolları Qloballaşan dünyada informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bir tərəfdən yaxşı halı sayılsa da, digər tərəfdən bu amil insan orqanizminə ciddi fəsadlar törədir. Belə ki, günün əksər saatını kompüter qarşısında, sosial şəbəkələrdə keçirən hər bir insanda tədricən görmə problemi yaranır, göz xəstəlikləri meydana gəlir. Bir qayda olaraq həkimlər, tibb ekspertləri bu barədə xəbərdarlıq etsə də, lakin insan oğlu çox zaman bu xəbərdarlıqlara məhəl qoymur. Nəticə isə çox zaman acı sonluqla başa çatır. Bəs görəsən İKT-dən uzaq durmaqla yanaşı gözlərimizi ciddi fəsadlardan necə qoruya bilərik.

Görmə qabiliyyətini artırmağın mümkün yolları

Qloballaşan dünyada informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bir tərəfdən yaxşı halı sayılsa da, digər tərəfdən bu amil insan orqanizminə ciddi fəsadlar törədir. Belə ki, günün əksər saatını kompüter qarşısında, sosial şəbəkələrdə keçirən hər bir insanda tədricən görmə problemi yaranır, göz xəstəlikləri meydana gəlir. Bir qayda olaraq həkimlər, tibb ekspertləri bu barədə xəbərdarlıq etsə də, lakin insan oğlu çox zaman bu xəbərdarlıqlara məhəl qoymur. Nəticə isə çox zaman acı sonluqla başa çatır. Bəs görəsən İKT-dən uzaq durmaqla yanaşı gözlərimizi ciddi fəsadlardan necə qoruya bilərik.

Həkim, tibbi ekspert Füzuli Hüseynov deyir ki, bir qayda olaraq gözün görməsi ilə bağlı 3 xəstəliyi var Uzaq görmənin pozulması, yaxın görmənin pozulması və hər ikisinin pozğunluğu (astiqmatizm). Əsasən isə yaxın və uzaq görmə kimi problemlərə daha çox rast gəlinir. Onun sözlərinə görə, bunu yaradan səbəblər, amillər isə müxtəlifdir: "Əgər gözlər uzağı yaxşı görmür, qaşınır, acıyır və gecələr aydın havada görmürsə, deməli A vitamini, sink və selen çatışmır. Bunun üçün zəngin A vitamini mənbəyi okean balığının yağından içmək lazımdır. Sink və selen isə bütün növ ləpəlilərdə, ləbləbilərdə və dəniz məhsullarında bol olur. Dəniz kələmi bitkisini əzib salatlara qataraq yemək məqbuldur. Göz sulanması varsa, qoz yarpağının dəmləməsi ilə gözü yumaq lazımdır. Gözlər qızarır və ya acıyırsa qızılgül ləçəklərinin dəmləməsi və gündə 5-6 dəfə gözə tökmək məsləhətdir. Bütün bu kimi halların baş verməməsi üçün razyana, cirə, zirə, gülümbahar dəmləmələri içmək məsləhətdir ki, bunlarda zəngin A vitamini və beta karotin var. Bütün sarı meyvələr beta karotinlə zəngin olduğundan gözə xeyirlidir. Ən çox isə yemiş, ərik, kök, mandarin, balqabaq. Kök və balqabaq şirələrini hər gün içmək faydalıdır. Əgər yaxıngörmədə problem varsa, balıq, cəfəri, şüyüd, göy soğan, kahı, kərəviz yemək daha uyğundur. Torlu qişada problem olduğu halda isə bol-bol balla itburnu dəmləyib qəbul etmək lazımdır". Füzuli Hüseynovun sözlərinə görə, bu gün kimin gözü ağrıyırsa aptekdən hormonal göz damcıları alıb istifadə edir:"Amma bu çox ziyandır. Çünki bundan sonra göz təzyiqi deyilən və müalicəyə çox çətin tabe olan qlaukoma xəstəliyi yaranır. Əgər gözdə katarakta (mirvari suyu) yaranırsa, gündə 4-5 dəfə gözə təzə sumaq dəmləməsi tökərlər. Gözün uzaqgörməsini və ümumiyyətlə görməni yaxşılaşdırmaq üçün qaragilə yarpaq və zoğlarının dəmlənib uzun müddət içilməsi məqsəduyğundur. Əgər gözləriniz tez-tez quruyursa, gözlərinizə bal şərbəti tökün. Onu da qeyd edim ki, şəkər xəstəliyi olduğu halda da, bu xəstəliyin birinci zərbəsi gözə dəyir. Hər gün 5 kilometrdən çox gəzməzk, zəncəfil dəmləməsi içmək, hər gün sarımsaqdan istifadə etmək, alma sirkəsi, bal qəbul etməyin də gözə faydaları var. Ən əsası televizor və kompyuter qarşısında az oturmaq, boş vaxt olan kimi açıq havada gəzmək məsləhətdir". Füzuli Hüseynovun sözlərinə görə, bəzi insanlar günəşə çıxan kimi eynək taxırlar ki, bu da çox səhvdir: "Qaşlar və kipriklər günəş şüasını bizim gözlərimizin dibinə düşməsinə şərait yaradırlar. Deməli günəş şüası gözə xeyirdir". Göz xəstəliyinin tarixi və bu barədə ilk ortaya çıxan bilgilər barədə danışan Füzuli Hüseynov deyib ki, göz görmə haqqında ilk dəfə Qalen və Okulid nəzəriyyə ediblər:" Belə demişlər ki, guya gözlərdən şüalar çıxır və o şüalar hesabına biz görürük. Bunların hər ikisinin böyük müsəlman alimi Əl Razi səhv olduğunu sübut etdi və gözün necə görməsini dəqiq söylədi. Amma görürsünüz ki, göz həkiminin qapısına okulist yazılır. Bu, həmin o Okuliddir hansıki səhv nəzəriyyə vermişdi. Razinin isə adı yoxdur. Göz üzərində ilk dəfə cərrahi əməliyyatı yenə də Müsəlman alimi Əli bin Abbas etmişdi. Mən deyərdim heç göz həkimlərinin çoxusu bu alimi tanımır, nəinki sadə vətəndaşlarımız. Böyük alim imam Cəfər Sadıq isə deyib ki, gözlərimiz ona görə badam formasındadır ki, göz suyu və dərmanlar axıb təmizlənə bilsin".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31