Gündəm

UNEC ilə DAAD əməkdaşlığı yeni mərhələdə

28 Oktyabr 2016 17:48

Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Stefani Düfo (Stefanie Dufaux) ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə UNEC ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. DAAD ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən UNEC rektoru “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin reallaşdırılmasında Alman Akademik Mübadilə Xidmətinin böyük rolu olduğunu qeyd edib. Xanım Stefani Düfo DAAD ilə sıx əməkdaşlıq edən ali məktəblər arasında UNEC-in aparıcı yerlərdə olduğunu qeyd edərək, bu əməkdaşlığın universitetə böyük fayda verəcəyini vurğulayıb.

Baş İdarə tərbiyə müəssisəsində yarış keçirib

28 Oktyabr 2016 17:47

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cəza çəkən yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib.

Milli Məclis “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini təsdiqləyib

28 Oktyabr 2016 17:44

Milli Məclisin oktyabrın 28-də keçirilən plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi təsdiqlənib. Qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.

Antidopinq qanunu birinci oxunuşda qəbul edildi

28 Oktyabr 2016 17:42

“İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycan dünya əhəmiyyətli idman yarışlarına sahiblik edir: “Bu gün ölkəmizin böyük idman dövlətlərinin diqqətini cəlb edir. Bizdə idman qanunvericiliyi məsələsinə ciddi diqqət edirik. Azərbaycan idman sahəsində beynəlxalq konvensiyalara qoşulub.

Yeniləşən, müasirləşən qədim diyar: ULU NAXÇIVAN

28 Oktyabr 2016 17:39

Hər dəfə təyyarədən enərkən ayağımı basdığım torpaq, içimə çəkdiyim hava, şirin ləhcələri ilə bizi qarşılayan insanlar o qədər doğmadır ki, mənə... Bəlkə də elə buna görədir ki, doğulub boya-başa çatdığım, ata-babalarımın uyuduğu o torpaqlara Naxçıvana tez-tez gedirəm. Təbii ki, hər bir bölgəsi mənim üçün müqəddəs olan Azərbaycanın, doğma Vətənimin ayrılmaz hissəsi - Naxçıvanın hər daşı, zərrəsi mənim üçün çox əzizdir.

II Azərbaycan Elm Festivalı keçiriləcək

28 Oktyabr 2016 17:12

Bu ilin 31 oktyabr - 5 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.

Əmək Nazirliyi tərəfindən tədbirlərində gənclərin fəal iştirakı təmin olunur

28 Oktyabr 2016 17:10

Dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasına və səmərəli məşğulluğuna şərait yaradılmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində də gənclərin fəal iştirakı təmin olunur.  

Mebel istehsalçıları bir araya gəliblər

28 Oktyabr 2016 17:09

Oktyabrın 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qeyri neft sənayesi sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbir keçirilib. Tədbirdə qeyri-neft sənayesinin müxtəlif sahələrində, o cümlədən mebel istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsi iştirak edib.

Yavər Camalov səfiri qəbul edib

28 Oktyabr 2016 17:04

Oktyabrın 28-də müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni qəbul edib. Bu barədə nazirlikdən verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Yavər Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfir Pule İsaak Malefane səmimi qəbula görə minnətdarlığını bildirib.

Mağazadan geyim əşyaları oğurlayanın əlləri qandallanıb

28 Oktyabr 2016 17:02

Oktyabrın 27-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzindəki mağazalardan birinin qarşısından 240 manat dəyərində geyim əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov tutulub. 

Aptekdən pul oğurlayan ələ keçib

28 Oktyabr 2016 17:01

Oktyabrın 26-da Bakı şəhər sakini Adəm Məlikova məxsus aptekdən 2700 manat pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən həmyerlisi Azər Salayev tutulub.

Qayığın mühərrikini oğurlayan ifşa olundu

28 Oktyabr 2016 17:00

Oktyabrın 26-da Hövsan qəsəbəsinin dəniz sahilində Bakı şəhər sakini Səddam Ələsgərova məxsus qayığın markalı mühərrikini oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Neftçala rayon sakini İbrahim Əliyev tutulub. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

İçərisində pul və qızıl olan seyfi oğurlayanlar saxlanıb

28 Oktyabr 2016 16:59

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Yasamal RPİ və Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Muğbil Abıyevə məxsus evdən içərisində 53 min manat pul və 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Adıgözəl Mirzəyev tutulmuş, digər şəxs isə müəyyən edilib.

Xaçmazda satışına qadağa qoyulmuş 97 kitab aşkar edilib

28 Oktyabr 2016 16:58

Xaçmazda satışı qadağan olunmuş dini kitab aşkar edilib. DİN-dən verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşları tərəfindən şəhər ərazisindəki bazarda şəhər sakini Hicran Talıbovanın işlədiyi mağazadan satışına razılıq verilməmiş 97 ədəd dini təyinatlı kitab aşkar edilərək götürülüb.

Alarda evləri su basıb, bəziləri uçub

28 Oktyabr 2016 16:56

«Bakı-Astara magistral yolu açılsa, da Alar kəndində əhalinin vəziyyəti pisdir. Evləri su basıb, 3-4 ev isə dağılıb». Bunu “Azadlıq Radiosu”na kənd sakini Əlişir Məmmədov söyləyib.