Gündəm
Aydın Hüseynov: "Azərbaycan biznesin səmərəliliyinə görə ilk 5 ölkə sırasındadır"
Uğurlu iqtisadi islahatlar həyata keçirən və biznes mühitinin inkişafı sahəsində mövcud qanunvericiliyi daha da təkmilləşdirən Azərbaycan dünyanın ən mötəbər təşkilatlarının hesabatlarında mövqeyini yaxşılaşdırmaqdadır.
İnterpol Ukraynada yoxa çıxmış azərbaycanlını axtarır
Ukraynanın hüquq-mühafizə orqanları bu ölkədə itkin düşmüş azərbaycanlını beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, 10 iyul 1947-ci ildə Azərbaycanda anadan olmuş Balaş Abbasov barəsində “sarı xətt”lə dövlətlərarası axtarış elan edilib. Azərbaycan dili ilə bərabər rus dilini də mükəmməl bilən B.Abbasovdan keçən ilin 29 may tarixindən məlumat almaq mümkün olmayıb. Onun hansı şəraitdə yoxa çıxdığı məlum deyil.
Təcili: “Akula Akif” İspaniyada həbs olundu
Bu gün İspaniya polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu üzrə Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas cinayətkarlarından birini - "Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayevi saxlayıb.
Milyonçunun vəsiyyəti AÇIQLANDI - Katibəsinə 75 milyon avro
İtaliyada 90 yaşında ölən iş adamının vəsiyyəti hər kəsi təəccübləndirib. Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, ölkənin bir nömrəli supermarketlər şəbəkələrindən olan "Esselunga"nın sahibi Bernardo Caprotti sentyabrın 30-da dünyasını dəyişib.
Azercell-dən iPhone 7! Hədsiz İnternetlə, ilkin ödənişsiz!
iPhone 7 və iPhone 7 Plus cihazlarıını Azərbaycanda rəsmi təqdim edən mobil operator Azercell Telekom MMC müştərilərinə yeni sərfəli təklifini elan edir. Belə ki, güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün abunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30GB həcmində Hədsiz İnternet paketini əldə edəcəklər. 28 oktyabr – 4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50% endirim qazanacaqlar.
O biri dünyadan verilən səslər Ağ evin sahibini “seçəcək”
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.
Qubada “Quba tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir
Bu gün Qubada tarix üzrə elmlər doktoru, professor Şahin Fazilin “Quba tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Quba rayon İcra Hakimiyyətinin müavini Rəxşəndə Bayramova çıxış edərək kitabın əhəmiyyətindən bəhs etmişdir. Sonra professorlar Tofiq Mustafazadə, Kərim Şükürov, İmadəddin Zəkiyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Eynulla Mədətli, Dilavər Əzimli, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, şair Ramiz Qusarçaylı və başqaları kitabın müəllifi Şahin Fazil və “Quba tarixi” kitabı haqqında təəssuratlarını danışmışdır.
ADU-da rəhbərlik I kurs tələbələri ilə görüşdü
Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev və Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov adıçəkilən fakültənin I kurs tələbələri ilə görüş keçirdilər.
Yasamal rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
İdman mərc oyunlarından vergi tutulmayacaq
Milli Məclisin plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən məcəllənin 99.3.12, 101.5, 125.1.8, 150.1.10 və 150.3-2-ci maddələri ləğv edilir.
Hakim vəzifəsini tutmaq üçün şərtlər dəyişdirilib
Azərbaycanda məhkəmə hakimi vəzifəsini tutma ilə bağlı qaydalarda və tələblərdə dəyişiklik edilib. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-cü (Hakim vəzifəsinə namizədlərə aid tələblər) və 93-3-cü (Hakim vəzifəsinə namizədlərin seçilməsi) maddələrinə əlavə və dəyişikliklərə dair təkliflər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
“Dövlət rüsumu haqqında” qanun dəyişdirildi
Milli Məclisin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişikliyə əsasən, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. Belə ki, "Dövlət rüsumu haqqında" qanunun 24-cü (Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir. Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə: - Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4" ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;
“Müsəlman Birliyi” nəzir qutuları vasitəsilə maliyyə toplayıb- Şok fakt
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib
“Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. Diplom Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında nəşrin baş redaktoru Akif Aşırlıya təqdim edilib. Mətbuat Şurasının İdarə Heyəti fəaliyyətinin 20 ili tamam olan qəzetin müasir media ənənələrinin formalaşmasındakı xidmətlərini əsas götürüb.
Sahibkarlığın inkişafına mane problemlər araşdırılıb
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa müzakirələri təşkil edib.













