Qubada “Quba tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir

Bu gün Qubada tarix üzrə elmlər doktoru, professor Şahin Fazilin “Quba tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Quba rayon İcra Hakimiyyətinin müavini Rəxşəndə Bayramova çıxış edərək kitabın əhəmiyyətindən bəhs etmişdir. Sonra professorlar Tofiq Mustafazadə, Kərim Şükürov, İmadəddin Zəkiyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Eynulla Mədətli, Dilavər Əzimli, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, şair Ramiz Qusarçaylı və başqaları kitabın müəllifi Şahin Fazil və “Quba tarixi” kitabı haqqında təəssuratlarını danışmışdır.

Bu gün Qubada tarix üzrə elmlər doktoru, professor Şahin Fazilin "Quba tarixi" kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Quba rayon İcra Hakimiyyətinin müavini Rəxşəndə Bayramova çıxış edərək kitabın əhəmiyyətindən bəhs etmişdir. Sonra professorlar Tofiq Mustafazadə, Kərim Şükürov, İmadəddin Zəkiyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Eynulla Mədətli, Dilavər Əzimli, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, şair Ramiz Qusarçaylı və başqaları kitabın müəllifi Şahin Fazil və "Quba tarixi" kitabı haqqında təəssuratlarını danışmışdır.

Kitabın müəllifi Şahin Fazil kitabın yazılmasından, onun qaynaqları və məzmunu haqqında ətraflı məlumat vermişdir.  Müəllif bildirmişdir ki, əsərdə IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni proseslər zaman axarı ilə, xronoloji ardıcıllıqla izlənilmişdir. "Quba" istilahının etimologiyasından başlamış Qubada, onun kəndlərində yaşayan əhalinin etnik tərkibi, Azərbaycanın bir parçası kimi əsrlərlə onun yaşadığı çətinlikləri bölüşərək müxtəlif sınaqlardan çıxmağı bacaran insanların yaşam tərzi, fədakarlığı, mədəni və təsərrüfat həyatının təsvirinə qədər çoxsaylı məsələlər əks olunmuşdur. Qədim və orta əsrlər dövrü, xanlıqlar mərhələsi, bir-birini əvəz edən tarix aşırımları, xüsusilə günümüzün yeni, ilk addımlarını atan müstəqillik erası faktlar, sənədlərlə işıqlandırılmışdır.

"Quba tarixi" kitabı "TEAS Press" Nəşriyyat Evi tərəfindən nəfis tərtibatda nəşr olunmuşdur. Bu əsərin həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına şübhə yoxdur. Kitab tarixçi tədqiqatçılar, tələbələr, Azərbaycan tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təqdimat zamanı "TEAS Press" Nəşriyyat Evinin nəşr etdiyi kitabların satış sərgisi də təşkil edilmişdir. Nəşriyyat Evi Quba rayonunun bəzi kənd və məktəb kitabxanalarına "Quba tarixi" kitabını hədiyyə etmişdir. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31