Milyonçunun vəsiyyəti AÇIQLANDI - Katibəsinə 75 milyon avro

İtaliyada 90 yaşında ölən iş adamının vəsiyyəti hər kəsi təəccübləndirib. Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, ölkənin bir nömrəli supermarketlər şəbəkələrindən olan "Esselunga"nın sahibi Bernardo Caprotti sentyabrın 30-da dünyasını dəyişib.

İtaliyada 90 yaşında ölən iş adamının vəsiyyəti hər kəsi təəccübləndirib.

Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, ölkənin bir nömrəli supermarketlər şəbəkələrindən olan "Esselunga"nın sahibi Bernardo Caprotti sentyabrın 30-da dünyasını dəyişib.

Milyonerin ölümündən sonra böyük maraqla gözlənən vəsiyyət açıqlanıb və məlum olub ki, Caprotti sərvətinin yarısını - 75 milyon avronu, 2 dəyərli rəsm əsərini 48 il katibəsi olaraq çalışan 68 yaşlı qadına miras qoyub.

Mirasın yerdə qalan hissəsi isə 5 qardaşı uşağı arasında bölüşdürüləcək.

İş adamı holdinqinin hissələrinin 70 faizini həyat yoldaşı və qızına, yerdə qalanını isə ilk evliliyindən olan iki qızına vəsiyyət edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31