II Azərbaycan Elm Festivalı keçiriləcək
Bu ilin 31 oktyabr - 5 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.
28 Oktyabr 2016 17:12 SosialBu ilin 31 oktyabr - 5 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.
Festivalın açılış mərasimi oktaybrın 31-də saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutacaq.
Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər qurumlardan rəsmi qonaqlar iştirak edəcəklər.