Baş İdarə tərbiyə müəssisəsində yarış keçirib
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cəza çəkən yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib.
28 Oktyabr 2016 17:47 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cəza çəkən yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, tədbirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Tərbiyə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Mübariz Vəliyev və digər rəsmi şəxslər yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulayıblar. Püşkatmadan sonra rəqiblər arasında gərgin oyun şəraitində keçirilən yarışda I yeri Elmir Quluzadə , II yeri Şahmurad Səmədov , III yeri Nazim Bəkirov tutublar. Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilib Tərbiyə Müəssisəsinə stolüstü tennis raketkaları, şarlar, futbol topları və qapı toru hədiyyə verilib.