Antidopinq qanunu birinci oxunuşda qəbul edildi
“İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycan dünya əhəmiyyətli idman yarışlarına sahiblik edir: “Bu gün ölkəmizin böyük idman dövlətlərinin diqqətini cəlb edir. Bizdə idman qanunvericiliyi məsələsinə ciddi diqqət edirik. Azərbaycan idman sahəsində beynəlxalq konvensiyalara qoşulub.
28 Oktyabr 2016 17:42 Sosial"İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə haqqında" qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycan dünya əhəmiyyətli idman yarışlarına sahiblik edir: "Bu gün ölkəmizin böyük idman dövlətlərinin diqqətini cəlb edir. Bizdə idman qanunvericiliyi məsələsinə ciddi diqqət edirik. Azərbaycan idman sahəsində beynəlxalq konvensiyalara qoşulub. Bura dopinqə qarşı beynəlxalq konvensiyada daxildir. Azərbaycanda dopinqlə bağlı məsələyə nəzarət edilir, idmançılar xüsusi nəzarətdən keçirilir. Azərbaycanın özünün dopinqlə bağlı qanunu yoxdur. Odur ki, yeni qanun layihəsi hazırlanıb. Bu müddətdə dopinq məsələsi ətraflı araşdırılıb. Daha sonra yeni qanun layihəsinin yaradılması üçün işçi qrupu yaradılıb. Qanunda dopinq nəzarətinin həyata keçirilməsi, bu hal aşkarlandıqda atılacaq addımlar və digər vacib hallar nəzərdə tutulub". Komitə sədri deyib ki, yeniyetmələrin dopinqə cəlb edilməsinə görə, ciddi sanksiyalar nəzərdə tutulub. Qeyd edək ki, qanun 8 fəsil, 42 maddədən ibarətdir. Daha sonra müzakirələr başlayıb. Spiker müzakirələrə yazılan deputatların çoxunun Gənclər və idman komitəsinin üzvü olduğuna görərək replika atıb: "Müzakirəyə yazılanlar Fuad Muradovun sədri olduğu komitənin üzvləridir. Sizi tərif etmək istəyirlər?". Qüdrət Həsənquliyev isə deyib ki, Azərbaycan idmançılarının adı bəzən dopinq qalmaqalında hallanır: "Qanunda idman federasiyalarının məsuliyyət məsələsi qoyulmalıdır". Deputat daha sonra deyib ki, İslandiya Avropa çempionatında xüsusi müsbət nəticə göstərib: "Bu dünyada xüsusi maraqla müzakirə edilirdi. İslandiyanın 330 min vətəndaşı var. Əvvəl bu ölkədə gənclərin, yeniyetmələrin, şagirdlərin siqaret və spirtli içkilərə marağı yüksək olub. Sonradan bunun qarşısını almaq üçün ciddi müzakirələr aparılıb, qərara gəlinib ki, orta məktəbdə futbol dərsikləri salınsın, qısa müddətə 150 futbol stadion tikilib. Əlavə futbol məktəbləri açılıb. Sonda gənclər də, şagirdlərdə futbola böyük maraq yaradılıb. Bizdə rayonlarda Olimpiya Komitələri tikilib. Onların çoxu rayon mərkəzlərindən kənardır. Odur ki, bu strukturlardan çoxluğun istifadəsi bəzən mümkün olmur. Bu məsələlərə diqqət edilməlidir". Aqil Abbas isə deyib ki, Olimpiya Komitələrindən il ərzində neçə idmançını yetişdirdiyini tələb etmək lazımdır. Qeyd edək ki, müzakirələrdə gənclər və idman naziri Azad Rəhimovda iştirak edib. Qanun layihəsi I oxunuşdan qəbul edilib.