Yavər Camalov səfiri qəbul edib

Oktyabrın 28-də müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni qəbul edib. Bu barədə nazirlikdən verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Yavər Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfir Pule İsaak Malefane səmimi qəbula görə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31