Mebel istehsalçıları bir araya gəliblər

Oktyabrın 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qeyri neft sənayesi sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbir keçirilib. Tədbirdə qeyri-neft sənayesinin müxtəlif sahələrində, o cümlədən mebel istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsi iştirak edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib, beləliklə sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyri-neft sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur. Qeyd edilib ki, dövlət başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 18 yanvar tarixli Fərmanı və müvafiq sahələr üzrə sərəncamları, qəbul edilmiş qərarlar qeyri-neft istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar yerli istehsalın daha da genişləndirilməsi üçün böyük imkanlar açır.
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31