Gündəm

Soyğunçuluq edən Sumqayıt sakini tutulub

2 Noyabr 2016 15:57

Sumqayıt şəhərində soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-dən 31-dək olan müddətdə şəhər sakinləri Turanə Hacıyevanın çantasından 300 manat, 300 ABŞ dolları və sənəd, Mətin Bağırzadəyə məxsus kafedən mobil telefon oğurlamaqda, habelə Aynur Nəcəfovaya məxsus içərisində 500 manat pul və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Musayev tutulub.

13 velosiped oğurlayan şəxs ifşa olunub

2 Noyabr 2016 15:56

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini Dövlət Kazımova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur Süleykin tutulub.DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Aleksandr Qavryuşinlə birgə iyul-oktyabr ayları ərzində paytaxt sakinləri olan daha 12 nəfərə məxsus velosipedləri oğurlamaları da müəyyən edilib.

Sahil qəsəbəsində odlu silah tapılıb

2 Noyabr 2016 15:54

Qaradağ rayonu ərazisində odlu silah və patron tapılıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşları tərəfindən Sahil qəsəbəsi ərazisindən "Makarov" markalı tapança, patron darağı və 5 ədəd patron tapılıb.

Bakıda cibgir saxlanıb

2 Noyabr 2016 15:53

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də və 10-da paytaxt sakinləri Zaira Abuzərovanın və Aysel Mürsəllinin çantalarından pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hüseynov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 28-də metronun "Nizami" stansiyasında paytaxt sakini Şəbnəm Babayevanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.

Ağcabədi sakini narkotik satarkən yaxalanıb

2 Noyabr 2016 15:52

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Qədir Məmmədov 21,352 qram marixuananı satarkən tutulub. DİN-dən verilən məlumata görə, onun evinə baxış zamanı isə oradan əlavə olaraq 4 kiloqram 115 qram marixuana aşkar edilərək götürülüb.

Saxta əskinaz satan şəxs tutulub

2 Noyabr 2016 15:51

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Gündüz Əliyev Yasamal rayonu ərazisində 198 ədəd (9900 manat) 50 manatlıq saxta əskinasları 2000 manata satarkən tutulub. Faktla bağlı araşdırma aparılır. 

Salyanda 4 otaqlı ev yanıb

2 Noyabr 2016 15:49

Salyan rayonu, Kürsəngi kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 117 m2 olan birmərtəbəli, 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri ediləcək

2 Noyabr 2016 15:48

“Bu gün Azərbaycanda film istehsalı üçün avadanlıqların gətirilməsində maraqlı olan qurumlar yoxdur”. Bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət komitsinin iclasında deyib. Nazir müavini bunun əsas səbəbini bu avadanlıqların çox bahalı olması, sahibkarların isə tez gəlir əldə edən layihələrə daha çox maraq göstərməsi ilə izah edib: “ Buna görə də kino texnikası, kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri tətbiq oluna bilər. Çünki istənilən film kommersiya xarakteri daşıyır və gəlir gətirməlidir. Bunun üçün bizim studiyalar davamlı, dayanıqlı avadanlıqlara malik olmalıdır”. 

Türkmənistan nümayəndə heyəti Milli Məclisdə olub

2 Noyabr 2016 15:47

Ölkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Əvvəlcə qonaqları Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qəbul edib.

Dini qruplaşmaların imamları müraciətlərini internet vasitəsilə edirlər

2 Noyabr 2016 15:46

Deputat: “Bu bizim üçün çox təhlükəli bir məsələdir” “Biz qətiyyən imkan verə bilmərik ki, din dövlətimizin dünyəvi təməllərini sarsıtsın, siyasətin işinə qarışsın. Bizdə din dövlətdən ayrıdır, dövlət dindarlar üçün bütün şəraiti yaradıb.

Daha 68 nəfərin ölkədən çıxışı məhdudlaşdırıldı

2 Noyabr 2016 15:45

Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan fiziki və hüquqi şəxslərin yeni siyahısını dərc edib.”Olaylar” nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, daha 68 nəfərin Azərbaycandan çıxışı məhdudlaşdırılıb.Beləliklə vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 374 nəfər, hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 673 nəfərə çatıb.

Hər il ölkədə 50-dən çox uşaq küçələrə atılır

2 Noyabr 2016 15:43

"İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”. Bunu Ə. Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib.

Cəlilabadda qaz sızmasından partlayış baş verib

2 Noyabr 2016 15:42

Cəlilabad Rayon Qaz İstismarı İdarəsinin əməkdaşlarının məsuliyyətsizliyi ucbatından vətəndaşın xəsarət alması ilə nəticələnən partlayış baş verib. Məlumata görə, 63 yaşlı rayon sakini Nərminə Vəliyeva dəfələrlə mənzilindəki qaz xəttində problem olması barədə “Azəriqaz”ın yerli strukturuna müraciət etsə də tədbir görülməyib. Sonradan qaz sızması nəticəsində mətbəxdə baş verən partlayışda Nərminə Vəliyeva ağır yanıq xəsarətləri ilə Bakıdakı 5 saylı klinikaya yerləşdirilib. Hazırda vəziyyəti ağır olan yaşlı qadının durumu ilə maraqlanan da yoxdur.

Deputat: “Din xadimləri Azərbaycanda hazırlanmalıdır”

2 Noyabr 2016 15:41

“Din xadimləri Azərbaycanın özündə hazırlanmalıdır. Bakı İslam Unuversitetinin və Bakı Dövlət Universitetindəki İlahiyyət fakultəsinin fəaliyyəti gücləndirilməlidir”.

Rəqəmsal yayıma keçid tamaşaçılara nə vəd edir?

2 Noyabr 2016 15:38

Noyabrın 1-dən etibarən Azərbaycan rəqəmsal yayıma keçib. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bununla uzun müddətdən bərı görülən hazırlıq işləri nəhayət ki, öz bəhrəsini verdi. Yeri gəlmişkən qeyd edək ki, rəqəmsal yayıma keçid Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına  uyğun olaraq reallaşıb. Respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması nəzərdə tutulur.